Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehrəliyev Elçin Əli oğlu (18 may 1952, Güllücə, Ağdam rayonu) — yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yaz

Elçin Mehrəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Elçin Mehrəliyev

Mehrəliyev Elçin Əli oğlu (18 may 1952, Güllücə, Ağdam rayonu) — yazıçı-publisist, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra yaradıcılıq müsabiqələrinin mükafatçısı, o cümlədən "Qızıl qələm", "Nailiyyət", "Açıq söz" mükafatları laureatı.

Elçin Mehrəliyev
Elçin Əli oğlu Mehrəliyev
Doğum tarixi 18 may 1952(1952-05-18) (73 yaş)
Doğum yeri
  • Güllücə, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti yazıçı, jurnalist

Mündəricat

Həyatı

Elçin Mehrəliyev 1952-ci il mayın 18-də Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1971–1976-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1976–1991-ci illərdə "Azərbaycan gəncləri" qəzetində müxbir, şöbə müdiri, redaktor müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti aparatında azərbaycandilli mətbuat üzrə bölmənin müdiri, Mətbuat xidməti rəhbərinin müavini, 1992–1993-cü illərdə "Yurd" jurnalı baş redaktorunun 1-ci müavini, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Milli Məclisində mətbuat katibi, spigerin köməkçisi, 2001–2004-cü illərdə "Maarifçi" qəzetinin və "Advokat+" jurnalının baş redaktoru vəzifələrində işləyib. 2005-ci ildən etibarən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2009-cu ildən həmin İnstitutun Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir.

Fəaliyyəti

Publisistik yaradıcılığı

  • "Oçerklər" (Ş.Yaqubovla həmmüəllif, Gənclik, 1978);
  • "Vətən bizim şöhrətimiz" (Gənclik, 1980),
  • "Talelərdə yaşayır" (Oskar, 2002);
  • "Ölməzlik" (Spektr-Poliqraf, 2005),
  • "Doktor Akif Abdullayev" (Oskar, 2006)

Habelə dövri mətbuatda yüzlərlə oçerk, müsahibə, reportajı dərc edilib.

Bədii yaradıcılığı

  • "Təpəl quzu" (uşaqlar üçün nağıllar, hekayələr, Gənclik, 1982);
  • "Pərvin" (povest və hekayələr, Gənclik, 1989);
  • "İttiham" (roman, Yazıçı, 1991);
  • "Hər kəs öz taleyini yaşayır" (pyeslər, hekayələr, məqalələr, Gənclik, 1998);
  • "90-cı illər" (roman, Nurlan, 2004);
  • "Tale döyüşü" (roman, Elm və təhsil, 2011).

Ümumilikdə, 19 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illər radio və televiziya ilə nümayiş etdirilir.

Elmi yaradıcılığı

  • "Müharibə və ədəbiyyat" (monoqrafiya, Azərnəşr, 2000);
  • "İnsana poetik, publisistik və elmi baxış" (monoqrafiya, Günəş, 2001);
  • "Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu: ideya və sənətkarlıq məsələləri" (monoqrafiya, Nurlan, 2008);
  • "Qarabağ folklor mühiti: uzaq keçmişimizdən bu günümüzə qədər" (monoqrafiya, Nurlan, 2008),
  • "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" (monoqrafiya, Bakı, 2012)
  • "Zaman və ədəbiyyat" (elmi məqalələr toplusu, MBM, 2009)

E.Ə.Mehrəliyev 2001-ci ildə "Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə "Azərbaycan nəsr və dramaturgiyasında Qarabağ mövzusu" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

E.Ə.Mehrəliyevin həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən"Soraq kitabçası" adlı kitab nəşr edilib (Azərnəşr, 2002).

Həmçinin bax

  • Azərbaycan ədəbiyyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elçin mehrəliyev sözünün mənası, elçin mehrəliyev haqqında məlumat. elçin mehrəliyev nədir? elçin mehrəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əli Yusifzadə

  • Fevral 27, 2026

    Amin (xəlifə)

  • Mart 06, 2026

    Batmanqılıc (Həştrud)

  • Mart 06, 2026

    Cümhuriyyət Muzeyi

  • Fevral 24, 2026

    Burundi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst