Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elxan Yahya oğlu Əhədzadə (31 yanvar 1948, Bakı – 8 oktyabr 2010, Bakı) — Azərbaycan müğənnisi, aktyoru, bir çox dramatik rolların məharətli ifaçısı, Azərbaycan

Elxan Əhədzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Elxan Əhədzadə

Elxan Yahya oğlu Əhədzadə (31 yanvar 1948, Bakı – 8 oktyabr 2010, Bakı) — Azərbaycan müğənnisi, aktyoru, bir çox dramatik rolların məharətli ifaçısı, Azərbaycan Respublikasının əməkdar (1998) və xalq artisti (2006).

Elxan Əhədzadə
Elxan Yahya oğlu Əhədzadə
Doğum tarixi 31 yanvar 1948(1948-01-31)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 oktyabr 2010(2010-10-08) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi qaraciyər serrozu
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Həyat yoldaşı Səbinə Məmmədova (1998-2010)
Uşağı Rafael Əhədzadə (2006)
Fəaliyyəti aktyor, müğənni
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 19981998

Həyatı

Azərbaycanın Xalq Artisti Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C. Cabbarlı adına Kinostudiyanın "kino aktyoru" kursunda Adil İskəndərovun sinfində almışdır. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlamış və bir çox tamaşalarda çıxış etmişdir. R. İbrahimbəyovun "Kto pridyot v polnoç" əsərində Makedon, "Solovyinnaya noç"da serjant Atayev və s. kimi rollar yaratmışdır. Ali təhsilini isə bir qədər gec, 24 yaşında başlayır. 1972–1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. Bu dövrdə Rəşid Behbudovun tələbəsi olmuşdur. 1972-ci ildə universitetdə tanış olduğu bir xanımla ailə həyatı qurur və bu evlilikdən bir övladı dünyaya gəlir. Amma 2 il sonra — 1974-cü ildə bu evlilik bitir. Elə həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışmışdır. R. Hacıyevin "Mama, ya jenyus" "Kavkazskaya plemyanitsa" və "Çelovek iz Lamançi" əsərlərində baş rolları ifa etmişdir. Sonralar bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərmişdir. Həmçinin bu müddət ərzində o kinostudiyada "Çətrimiz buludlardır" və "Üzü küləyə" filmlərində baş rollara çəkilmişdir. O, Opera Teatrının səhnəsində də bir çox yadda qalan obrazlar yaradıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun" əsərində Nofəl, C. Bizenin "Karmen" operasında Eskamin, R. Mustafayevin "Vaqif" operasında Şah Qacar, S. Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C. Verdinin "Riqoletto" operasında Riqoletto, C. Rossininin "Sevilya bərbərin"də Fiqaro və s. kimi rollarda oynamışdır.

Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaratmışdır. İ. Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F. Leqarın "Şən dul qadın" operettasında Danil, S. Fərəcov, Ə. Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q. Qarayevin "Çılğın Qaskoniyalı" əsərində Sirano və s. kimi rolları yüksək sənətkarlıqla ifa etmişdir. "Qorxma Mən Səninləyəm" filmin baş rolu üçün də namizəd olaraq göstərilsə də, bu rola Polad Bülbüloğlu seçilir.

50 yaşında sənətkar özündən 28 yaş kiçik Səbinə Məmmədova ilə ikinci dəfə ailə həyatı qurur və bu evlilikdən Rəfael adlı bir oğlu dünyaya gəlir. Daha sonralar isə səhhəti ağırlaşdığından mədəsindən əməliyyat olunur və əməliyyat zamanı həkimlərin səhvi ucbatından hepatit C virusuna yoluxur. Virusun təsirindən səhhəti daha da pisləşsə də xəstəxanaya getməkdən imtina edir və 8 oktyabr 2010-cu il tarixində Bakı səhərində vəfat edir. Xalq artisti Xırdalan qəbiristanlığında dəfn edilmişdir.

E. Əhədzadə respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak etmişdir. 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. Babək (film, 1979)
  2. Bəylik dərsi (film, 2007)
  3. Çətirimiz buludlardır (film, 1976)
  4. Dədə Qorqud (film, 1975)
  5. Həyat bizi sınayır (film, 1972)
  6. Ordan-burdan (film, 1987)
  7. Üzü küləyə (film, 1977)
  8. Bakıda küləklər əsir (film,1974)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elxan Əhədzadə haqqında məlumat. Elxan Əhədzadə nədir? Elxan Əhədzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sığorta

  • Mart 01, 2026

    Internews

  • Mart 01, 2026

    Ulduz (opera)

  • Fevral 27, 2026

    Gümüşlü

  • Mart 01, 2026

    Xmelnitski vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst