Qurbanov Elxan Hacıbaba oğlu — azərbaycanlı dram və kino aktyoru.
| Elxan Qurbanov | |
|---|---|
| Elxan Hacıbaba oğlu Qurbanov | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı |
| Vəfat tarixi | |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ürək tutması |
| Fəaliyyəti | Aktyor |
| IMDb | ID3178300 |
Həyatı
Elxan Qurbanov 1952-ci ildə Bakıda anadan olmuşdur. Bir neçə film, serial və reklamlarda çəkilmişdir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi.
24 noyabr 2011-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası keçirilməsi nəzərdə tutulan "Romeo və Cülyetta" tamaşasının məşqi zamanı vəfat edib.
Teatrın aktyoru, Azərbaycan Respublikasının Xalq Artisi Ağaxan Salmanlının fikirincə :"Elxan Qurbanov əsl aktyor kimi, qrimdə vəfat etdi".
Filmoqrafiya
- Bir anın həqiqəti (film, 2003)
- Biz qayıdacağıq (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- Küçələrə su səpmişəm (film, 2004)
- Prokuror (2008) – baş prokuror
- Sonuncu şahid (film, 2004)
- Yanmış körpülər (film, 2007)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elxan Qurbanov haqqında məlumat. Elxan Qurbanov nədir? Elxan Qurbanov nə deməkdir?
