Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elxan Şahinoğlu (25 avqust 1971, Bakı) — siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir.

Elxan Şahinoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Elxan Şahinoğlu

Elxan Şahinoğlu (25 avqust 1971, Bakı) — siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir.

Elxan Şahinoğlu
Doğum tarixi 25 avqust 1971 (54 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası mexanika-riyaziyyat
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasi analitik

Mündəricat

Həyatı

1971-ci ildə Bakıda anadan olub lakin əslən Xankəndi yaxınlığındakı Malıbəyli qəsəbəsindəndir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988–1993).

SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub.

Elxan Şahinoğlu 1994–2005-ci illərdə Azərbaycanın müxtəlif media orqanlarında, o cümlədən "Millət", Azadlıq", "Gün səhər" qəzetlərində beynəlxalq əlaqələr və xarici siyasət şöbələrinin müdiri vəzifələrində, Türkiyənin TRT televiziyasının və "Anadolu" agentliyinin Bakıdakı bürolarında çalışıb. Bu illərdə yüzlərlə analitik məqalənin və müsahibələrin müəllifi olub. Bu yazılarına görə müxtəlif mükafatlara layiq görülüb. Müxtəlif illərdə ABŞ, Belçika, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, İran, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə konfrans və seminarlarda iştirak edib, Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinə dair məruzələrlə çıxış edib.

Fəaliyyəti

Elxan Şahinoğlu 2005-ci ildə "Atlas" Araşdırmalar Mərkəzini təsis edib. Rəhbəri olduğu "Atlas" Araşdırmalar Mərkəzi regional təhlükəsizlik, o cümlədən Azərbaycanın yaxın qonşularla və beynəlxalq təşkilatlarla münasibətləri mövzularını tədqiq edir, ayrıca, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə danışıqlar prosesinin monitorinqini aparır, sorğular keçirir.

Elxan Şahinoğlu müstəqil yazar kimi də fəaliyyət göstərir. Azərbaycanın və bir sıra ölkələrin nəşrləri ilə əməkdaşlıq edir, müsahibələr verir, televiziya proqramlarında çıxışlar edir. Ayrıca, Youtube-da özəl kanalı var və bu kanal vasitəsilə gündəmin aktual mövzularıyla bağlı çıxışlar edir, fikirlərini və ideyalarını ictimaiyyətin diqqətinə çatdırır.

Elxan Şahinoğlu 3 kitabın müəllifidir. Onun ilk kitabı "Dağlıq Qarabağ: Statussuz status" (2010-cu il) adlanır. Kitabda dünyadakı 10 muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiq imkanları araşdırılıb.

Ukraynadakı hadisələrdən bəhs edən "Maydandan Maydana" (2015-ci il) yazarın rus dilində yazdığı ikinci kitabıdır. Elxan Şahinoğlu "Maydan" hadisələrinin başlanğıcından tutmuş Kiyevdəki olayların və Donetskin separatçıların necə əlinə keçməsi prosesinin canlı şahidi olaraq müşahidələrini və qənaətlərini oxucularla bölüşüb.

Həmçinin bax

  • Jurnalistika

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elxan Şahinoğlu haqqında məlumat. Elxan Şahinoğlu nədir? Elxan Şahinoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şahbuzçay

  • Fevral 24, 2026

    Artefakt

  • Fevral 25, 2026

    Montqomeri (Alabama)

  • Fevral 20, 2026

    Oslo Universiteti

  • Fevral 27, 2026

    Üçlər paktı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst