Elvin Sərkər oğlu Camalov (4 fevral 1995, Qax ) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu.
| Elvin Camalov | ||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
| Tam adı | Elvin Sərkər oğlu Camalov | |||||||||||||||||||||||||||
| Doğum tarixi | 4 fevral 1995 (31 yaş) | |||||||||||||||||||||||||||
| Doğum yeri | Qax, Azərbaycan | |||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||||
| Boyu | 1.74 | |||||||||||||||||||||||||||
| Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
| Klub | | |||||||||||||||||||||||||||
| Karyerası | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
Bioqrafiyası
Elvin 13 yaşından futbolla məşğul olmağa başlamışdır. O, Qax şəhər uşaq futbol məktəbinin yetirməsidir. Elvin Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının oyun idman növləri fakultəsində təhsil almışdır.
Klub karyerası
Elvin Camalov öz peşəkar futbolçu karyerasına Zaqatalanın "Simurq" klubunun gənclərdən ibarət U-15 yığmasında başlamışdır. 2009-cu ildə Qəbələ Futbol Akademiyasına qəbul olmuşdur. Burada əvvəlcə U-15, U-17 yığmalarında çıxış etsə də, 2012-ci ildə klubun əvəzedicilər yığmasında oynamağa başlamışdır.
Çempionat
Zirə
3 iyun 2019-cu ildə Elvin Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Zirə" klubu ilə müqavilə imzalamışdır.
Kubok
Elvin Qəbələ klubu ilə Azərbaycan Kubokunda bir oyunda iştirak etmişdir.
| № | Tarix | Raund | Klub | Rəqib | Liqa | Nəticə |
|---|---|---|---|---|---|---|
| 1 | 4 dekabr 2013 | İkinci raund - 1/8 final | "Mil-Muğan" | "Qəbələ" | Premyer Liqa | 1 : 2 |
Milli karyerası
U-17
Elvin Camalov rəsmi oyunlarda Azərbaycan U-17 milli komandası ilə debütünü 22 oktyabr 2010-cu ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində Portuqaliya millisinə qarşı oyunda etmişdir. O, 32-ci dəqiqədə Məqsəd İsayevi əvəz etmişdir.
U-19
Elvin Camalov Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 10 oktyabr 2013-cü ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində İrlandiya millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
U-21
Elvin Camalov 2014-cü ildən Azərbaycan U-21 milli futbol komandasının şərəfini qoruyur.
Uğurları
Qəbələ
- Futbol üzrə Azərbaycan Kuboku: 2018-19
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elvin camalov sözünün mənası, elvin camalov haqqında məlumat. elvin camalov nədir? elvin camalov nə deməkdir?