Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İorda

Elman Araslı

  • Ana Səhifə
  • Vikipediya
  • Elman Araslı

Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi.

Elman Araslı
Elman Həmid oğlu Araslı
Məkkə (2006). Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanınn İordaniyadakı səfiri Elman Araslı və jurnalist Etibar Məmmədov
Məkkə (2006). Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanınn İordaniyadakı səfiri Elman Araslı və jurnalist Etibar Məmmədov
Doğum tarixi 1934
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 22 avqust 2014 (79–80 yaşında)
Atası Həmid Araslı
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor

Mündəricat

Həyatı

Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur.

65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır.

Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub.

22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur.

Ailəsi

Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.

Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir.

1989-cu ildə SSRİ-nin dağılmasından sonra Moskvada yaradılan Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədr müavini Elvira Araslının həyat yoldaşıdır.

Kitabları

  • "Yarım əsr Yaxın Şərqdə", 630 səh..

Ədəbiyyat

  • Hacı Nərimanoğlu, "ELMAN ARASLI-80: Diplomat ömrü", "Xalq qəzeti", 18.07.2013.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elman araslı sözünün mənası, elman araslı haqqında məlumat. elman araslı nədir? elman araslı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Microsoft Notepad

  • Fevral 27, 2026

    Latakiya

  • Mart 06, 2026

    Rajden Arsenidze

  • Fevral 23, 2026

    Pakistan bayrağı

  • Fevral 27, 2026

    Kiş məbədi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst