Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elm qəzeti 1984-cü ildə noyabrın 1-də Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol K

Elm (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • Elm (qəzet)

"Elm" (qəzet) — Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı.

Elm
Növ həftəlik qəzet
Format A3
Təsisçi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
Baş redaktor Ağahüseyn Şükürov
Yaranma tarixi 1984-cü il 1 noyabr
Dil Azərbaycan dili
rus dili
Qiymət 50 qəpik
Səhifə 12-16
Ünvan İstiqlaliyyət, 30, Bakı, Səbail, AZ1001
Tiraj 2000
Elm qəzeti

Qəzet Azərbaycan və rus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir.

Mündəricat

Haqqında

Elm qəzeti 1984-cü ildə noyabrın 1-də Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb. Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb.

Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır.

Qəzet 1984-cü ildən iki dildə, Azərbaycan və rus dillərində nəşr edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.

Qəzet AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanır və 2019-cu ildən yeni dizayn və tərtibatda çap olunur. 25 sentyabr 2020-ci il tarixinə qədər ayda iki dəfə, 2 oktyabr 2020-ci ildən etibarən isə ayda 4 dəfə — yəni həftəlik 2000 tirajla çap olunur.

Qəzetin baş redaktoru AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Redaksiya Heyəti akademiklər İsa Həbibbəyli, Arif Həşimov, Dilqəm Tağıyev, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Cəmil Əliyev, İsmayıl Hacıyev və Fuad Əliyevdən ibarətdir.

Nəşrin elektron arxivi Azərbaycan Milli Elmlər Akademiyasının science.gov.az portalında və qəzetin feysbuk sosial şəbəkə hesabında oxuculara təqdim olunur.

Həmçinin bax

  • Elm və həyat jurnalı
  • Azərbaycan Milli Elmlər Akademiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elm (qəzet) sözünün mənası, elm (qəzet) haqqında məlumat. elm (qəzet) nədir? elm (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bayquşlar

  • Fevral 26, 2026

    Sultan Şahrux

  • Fevral 27, 2026

    S:Rəhman surəsi

  • Mart 01, 2026

    Metsamor AES

  • Fevral 25, 2026

    Belfast

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst