Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şü

Elektron-şüa borusu

  • Ana Səhifə
  • Vikipediya
  • Elektron-şüa borusu

Elektron-şüa borusu (CRT - cathode-ray tube)– televiziya monitorunun və mikrokompüterin standart displeyinin əsas elementi. Belə displey, içərisində elektron şüalar buraxan bir və ya bir neçə elektron top (GUN) olan vakuum borusunun əsasında qurulur; bu şüalar borucuğun qabaq divarının şüalanma zamanı işıqlanan daxili örtüyünə tuşlanır. Monoxrom elektron-şüa borusunda bir elektron top və bir qayda olaraq, ağ, yaşıl və ya sarı rənglər verən bir lüminofor gərəkli olur. Rəngli borucuq üçün isə üç elektron top lazımdır: nadir elementlərlə zənginləşdirilmiş və qırmızı, yaşıl və göy rənglər (qeyri-şəffaf boyalar deyil, işıq gücünün müxtəlif səviyyələri qatışdırıldığından, əsas rənglər olaraq, qırmızı-sarı-göy deyil, qırmızı-yaşıl-göy götürülür) verən üç tip lüminiforun hər birini şüalandırmaq üçün bir ədəd. Hər bir şüa, bir dəfəyə bir üfüqi darama sətri yaratmaqla əvvəlcə soldan sağa, sonra isə yuxarıdan aşağıya hərəkət edir. Şüa elektron-şüa borusunun boğazında yerləşən elektromaqnitlər sistemi vasitəsilə əyilir və borucuğun qabaq divarında olan lüminoforun piksellərini şüalandırmaqla görüntünü çəkir. Titrəməni olmaması üçün elektron şüa ekran görüntüsünü saniyədə 30 və ya daha artıq dəfə təzələyir. Görüntünün aydınlığı (dəqiqliyi) ekrandakı piksellərin sayından asılı olur.

Elektron-şüa borusu

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektron-şüa borusu haqqında məlumat. Elektron-şüa borusu nədir? Elektron-şüa borusu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Nizami (kinoteatr)

  • Fevral 27, 2026

    27 (say)

  • Fevral 27, 2026

    Markiz

  • Fevral 23, 2026

    10 iyun

  • Fevral 27, 2026

    İnternet marketinqi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst