Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elektrohərəkət qüvvəsi — sabit vә ya dәyişәn cәrәyan mәnbәlәrindә kәnar (qeyri-potensial) qüvvәlәrin tәsirini xarakterizә edәn fiziki kәmiyyәt; qapalı dövrәdә v

Elektrohərəkət qüvvəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Elektrohərəkət qüvvəsi

Elektrohərəkət qüvvəsi — sabit vә ya dәyişәn cәrәyan mәnbәlәrindә kәnar (qeyri-potensial) qüvvәlәrin tәsirini xarakterizә edәn fiziki kәmiyyәt; qapalı dövrәdә vahid müsbәt yükü hәrәkәt etdirәn hәmin qüvvәlәrin gördüyü işә bәrabәrdir. Әgәr kәnar qüvvәlәrin sahә intensivliyini Ekәn., EHQ-ni ℰ ilә işarә etsәk, onda L qapalı konturunda ℰ=∮LEkәn.dl-ә bәrabәr olar, burada dl – konturun uzunluq elementidir.

Elektrostatik sahәnin potensial qüvvәlәri dövrәdә sabit cәrәyanı saxlaya (davam etdirә) bilmirlәr, belә ki, bu qüvvәlәrin qapalı yoldakı işi sıfıra bәrabәrdir. Naqildәn cәrәyan keçәrkәn enerji ayrılır – naqil qızır. Kәnar qüvvәlәr generatorların, qalvanik elementlәrin, akkumulyatorların vә digәr cәrәyan mәnbәlәrinin daxilindә yüklü zәrrәciklәri hәrәkәtә gәtirir. Kәnar qüvvәlәrin mәnşәyi müxtәlifdir: generatorlarda bu qüvvәlәr maqnit sahәsinin zamana görә dәyişmәsi nәticәsindә әmәlә gәlәn burulğanlı elektrik sahәsi vә ya maqnit sahәsinin naqildә hәrәkәt edәn elektronlara tәsiri – Lorens qüvvәsi tәrәfindәn yaranır. Mәnbәnin EHQ açıq dövrәdә onun sıxaclarındakı elektrik gәrginliyinә bәrabәrdir. Dövrәnin müqavimәti mәlum olarsa, EHQ dövrәdәki cәrәyan şiddәtini tәyin edir. Elektrik gәrginliyi kimi EHQ dә voltlarla ölçülür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elektrohərəkət qüvvəsi haqqında məlumat. Elektrohərəkət qüvvəsi nədir? Elektrohərəkət qüvvəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pernis apivorus

  • Fevral 27, 2026

    Payız

  • Fevral 27, 2026

    Aleksandr Korneyçuk

  • Fevral 27, 2026

    Qaraqoyunlu (Qəmərli)

  • Fevral 27, 2026

    Sezar mükafatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst