Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rus

Eldar Mikayılzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Eldar Mikayılzadə

Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi.

Eldar Mikayılzadə
Doğum tarixi 18 yanvar 1956 (70 yaş)
Doğum yeri Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Azərbaycan rəssamlıq məktəbi, Moskva rəssamlıq institutu
Janr Xalçaçılıq
Stil Xalçaçılıq
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20182018

Mündəricat

Həyatı və fəaliyyəti

Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur.

1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir.

1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır.

1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır.

Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır.

Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.

1986-cı ildən SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür.

Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdəki şəxsi kolleksiyalarda saxlanılır.

Əsərləri

Xalçalar

  • "Yeni Xilə" - 1977.
  • "Səttar dünyası" - 1979.
  • "Şəbi-hicran-1" - 1981.
  • "İthaf" (bu xalçası iki böyük sənətkara – Səttar Bəhlulzadəyə və Lətif Kərimova həsr edilmişdir);
  • "Azərbaycan nağılları".
  • "114. Bismillah".
  • "Nağıllar aləmi" - 1983.
  • "Azərbaycanın poeziya və musiqi korifeyləri" - 1983-1984.
  • "Xətai" - 1990.
  • "Xəmsə" - 1991.
  • "İslam" - 1992.
  • "Təbriz - 1993.
  • "Bürclər - 1994.
  • "Xilaskar" - 1995-1997.
  • "Üç din" - 1998.
  • "Səttar" - 1999.
  • "Bismillahir-rəhmanir-rəhim" - 2001.
  • "Üç peyğəmbər" - 2003.
  • "Şəbi-hicran-2" - 2006.
  • "Yaranış" - 2010.
  • "Səttarın arzusu" - 2012.
  • "Kəhkəşan" - 2012.

Pullar

  1. 1 manatlıq əsginas
  2. 5 manatlıq əsginas
  3. 10 manatlıq əsginas
  4. 50 manatlıq əsginas
  5. 100 manatlıq əsginas
  6. 250 manatlıq əsginas
  7. 500 manatlıq əsginas
  8. 1000 manatlıq əsginas

Mükafatları

Müəllifi olduğu "Yaranış" xalçası Frankfurtda keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülmüşdür.

27 may 2018-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  1. İşıqlı ilmələr. Lətif Kərimov (film, 2007)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eldar Mikayılzadə haqqında məlumat. Eldar Mikayılzadə nədir? Eldar Mikayılzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 89

  • Fevral 27, 2026

    Xondəmir

  • Fevral 27, 2026

    Zülqədər eli

  • Fevral 27, 2026

    Amun

  • Fevral 27, 2026

    Hasankeyf

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst