Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elaru Mevhibə Qadınəfəndi (6 avqust 1835, Tiflis, Gürcüstan quberniyası – 21 fevral 1936, İstanbul, Şişli, Türkiyə) — 33-cü Osmanlı sultanı V Muradın xanımların

Elaru Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Elaru Qadınəfəndi

Elaru Mevhibə Qadınəfəndi (6 avqust 1835, Tiflis, Gürcüstan quberniyası – 21 fevral 1936, İstanbul, Şişli, Türkiyə) — 33-cü Osmanlı sultanı V Muradın xanımlarından biri, Baş qadınəfəndi.

Elaru Qadınəfəndi
osman. إلارو قادين افندى
Şəxsi məlumatlar
Doğum adı موهبه تركانشولى
Doğum tarixi 6 avqust 1835(1835-08-06)
Doğum yeri
  • Tiflis, Tiflis qəzası, Gürcüstan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 fevral 1936(1936-02-21) (100 yaşında)
Vəfat yeri
  • İstanbul, Şişli, Türkiyə
Fəaliyyəti əsilzadə
Atası Əhməd bəy Tarkanişvili
Həyat yoldaşı
  • V Murad
Ailəsi Osmanlı xanədanı

Həyatı

Əsl adı Mevhibə olub, 6 avqust 1835-ci ildə Tiflisdə dünyaya gəldi. Əslən gürcü olan Əhməd bəy Tarkanişvilinin qızıdır. O illərdə Trabzon valisi olan Gürcü Xeyrəddin Paşa tərəfindən qardaşı Xəlil bəylə birlikdə 1839-cu ildə saraya hədiyyə olaraq göndərildilər. Qardaşı daha sonra sarayda yüksələrək İstabl-ı amirədə (padşah atlarının saxlanıldığı yer) xidmət etmişdir. Hərəmdə saray tərbiyəsi aldı və saray ənənələrinə uyğun olaraq, adı Elaru olaraq dəyişdirildi. Sultan Əbdülməcidin qızlarıyla birlikdə böyüdü.

Anası Şövqəfza Sultanın istəyilə, 2 yanvar 1857-ci ildə Dolmabağça sarayında o illərdə hələ şahzadə olan və özündən 5 yaş kiçik Murad Əfəndi ilə nigahlandı. Cütlüyün övladı olmamışdır. 1861-ci ildə Sultan Əbdülməcidin vəfatıyla qardaşı Sultan Əbdüləziz taxta çıxdı və Murad Əfəndi taxt varisi təyin edildi. Bu səbəblə varisin ilk xanımı olaraq sarayda nüfuz qazandı. Yay aylarını vəliəhdin Qurbağalıdərədəki köşkündə, qış aylarını isə Dolmabağça sarayındakı vəliəhd dairəsində yaşadı.

30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsinin ardından taxta çıxan Sultan Muradın baş qadınəfəndisi elan edildi. Ancaq cəmi 3 ay sonra əqli zəifliyi səbəbilə taxtdan endirilən Sultan Muradla birlikdə Çırağan sarayına həbs olundu. Oğluyla birlikdə Çırağan sarayında həbs tutulan Şövqəfza Sultanın 1889-cu ildə ölümüylə, saraydakı hərəmin idarəsinə gətirildi. 23 iyul 1885-ci ildə ögey oğlu Şahzadə Səlahəddin Əfəndini qardaşı Xəlil bəyin qızı Gültər xanımla evləndirdi. Bu illərdə hərəm əhalisinin adından bir neçə dəfə Sultan Əbdülhəmidə məktub yazdı. Bu məktublarda Çırağan sarayındakı bəzi çatışmazlıqları dilə gətirən Elaru xanım, Sultan Muradın ölüm xəbərini də qardaşı Sultan Əbdülhəmidə yazdığı 5 sentyabr 1904 tarixli bir məktubla xəbər verdi.

Sultan Muradın ölümünün ardından Çırağan sarayındakı həbs həyatı başa çatan Elaru xanım, vaxtilə Zəkiyə Sultana aid olan Ortaköydəki Tarlabaşı sarayında məskunlaşdı. Ancaq İkinci Məşrutiyyətin elanı və Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından bu saraydan çıxarıldı və Şişlidə bir mənzil satın alaraq qalan ömrünü burada yaşadı. Yaşadığı mənzildən nadir hallarda çıxan Elaru xanım, mərhum padşahın dul xanımı olaraq 1924-cü ilin martında qəbul edilən sürgün qərarından kənarda tutuldu. 21 fevral 1936-cı ildə Şişlidə yaşadığı mənzildə vəfat edən Elaru xanım Ortaköydəki məzarlığa dəfn olundu. Öldüyü əsnada 100 yaşında idi və bu səbəblə, Osmanlı sülaləsində ən uzun ömürlü xanımlardan biri hesab olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elaru Qadınəfəndi haqqında məlumat. Elaru Qadınəfəndi nədir? Elaru Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Almaata

  • Fevral 27, 2026

    I Lüdovik

  • Fevral 27, 2026

    Brianson (rayon)

  • Fevral 27, 2026

    Zirə (Xəzər)

  • Fevral 27, 2026

    Domeniko Çimaroza

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst