Elşad İskəndərov (21 may 1972, Bakı) — Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri; Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2012-2014)
| Elşad İskəndərov | |
|---|---|
| 31 may 2012 – 2 may 2014 | |
| Əvvəlki | Hidayət Orucov |
| Sonrakı | Mübariz Qurbanlı |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 21 may 1972 (53 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Həyatı
21 may 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri 8 saylı orta məktəbi qızıl medal ilə bitirmişdir. 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2004-cü illərdə ABŞ-nin Kolumbiya Universitetində "Beynəlxalq Münasibətlər" ixtisası üzrə magistratura təhsili almışdır.
Ailəsi
Ailəlidir, 3 övladı — Hüseyn və Əli adlı oğlu, Leyla adlı qızı var.
Karyerası
1993–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Tarix" qəzetinin redaktoru vəzifəsini icra etmişdir.
1999-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətə başlamışdır.
2000–2005-ci illərdə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi vəzifəsində çalışmışdır.
2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilmişdir.
2007-ci ildən İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışmışdır.
2009-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Elşad İskəndərova Azərbaycan Respublikasının Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.
31 may 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və 2 may 2014-cü ilədək bu vəzifədə çalışmışdır.
11 oktyabr 2014-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsinə seçilmiş, 2018-ci ilin oktyabrında səlahiyyət müddəti başa çatmışdır. Həmin vaxtdan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsində çalışır.
İctimai-siyasi fəaliyyəti
1995-ci ildə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən olmuşdur. Sonrakı illərdə Milli Şuranın sədr müavini olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elşad İskəndərov haqqında məlumat. Elşad İskəndərov nədir? Elşad İskəndərov nə deməkdir?