Elçin Ağaqulu oğlu Tağıyev (1 iyul 1989, Zəhmətabad, Puşkin rayonu – 1 oktyabr 2020, Goranboy rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapitanı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
| Elçin Tağıyev | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Biləsuvar rayonu, Azərbaycan |
| Vəfat tarixi | |
| Vəfat yeri | Goranboy rayonu, Azərbaycan |
| Dəfn yeri | Biləsuvar rayonu, Azərbaycan |
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Müdafiə Nazirliyi |
| Qoşun növü | |
| Xidmət illəri | 2011—2020 |
| Rütbəsi | Kapitan |
| Döyüşlər | • Qarabağ müharibəsi (2020)
|
| Təltifləri | |
Tərcümeyi-halı
Elçin Ağaqulu oğlu Tağıyev 1989-cu il, iyulun 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.
1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. 2004-cü ildə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib və 2007-ci ildə oradan məzun olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 24 iyun 2011-ci il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 9 il ərzində motoatıcı taqım komandiri, qərargah bölüyünün taktiki komanda məntəqəsinin rəisi, motoatıcı bölüyün komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi - tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 1-də Goranboy rayonu istiqamətində döyüş tapşırığının icrası zamanı şəhid olub. Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Dəryanur adında 1 qızı, Tağı və Məhəmməd adında 2 oğlu var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elçin Tağıyev haqqında məlumat. Elçin Tağıyev nədir? Elçin Tağıyev nə deməkdir?
