Dəymədağlı — Azərbaycan Respublikasının Qax rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd.
| Dəymədağlı | |
|---|---|
| 41°20′10″ şm. e. 46°45′27″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Dəymədağlı | |
Toponimikası
Oykonim dəymədağlı tirəsinin adı ilə bağlıdır. Etnotoponimdir. Mənbələrdə bu etnonimin dəmyədağlı variantına da təsadüf olunur. Dəmyə (əkilməmiş, xam, yüksək məhsuldarlıqlı) və dağlı (dağlıq ərazidə yaşayan) komponentlərdən ibarət olan bu etnonim "xam torpaqlı dağlıq ərazidə yaşayanlar" mənasındadır. Tədqiqatçılar bu sözü dəymə (dağ ətəyində mal-qaranın saxlandığı yer) və dağ komponentlərinin birləşməsi kimi qəbul edirlər.
Coğrafiyası və iqlimi
Kənd Alazan–Əyriçay çökəkliyində yerləşir. Kəndin ərazisindən Muxaxçay və çoxlu sayda suvarma arxları keçir. Torpaqları əkinçilik üçün yararlı, ərazisi maldarlıq üçün əlverişlidir.
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 178 təsərrüfatda hər iki cinsdən toplam 781 nəfər əhali yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəymədağlı (Qax) haqqında məlumat. Dəymədağlı (Qax) nədir? Dəymədağlı (Qax) nə deməkdir?
