| Azərbaycan sülalələri Şah sülalələri Knyaz sülalələri Xan sülalələri |
Dərbəndilər — Şirvanşahlar sülaləsinin üçüncü qolu (1382-1538). Şirvanşahların sülalə bölgüsü barədə müxtəlif mülahizələr mövcuddur, son tədqiqatlara görə ayrıca sülalə olmayıb, vahid Şirvanşahlar xanədanının bir mərhələsini təşkil etmişlər.
Dərbəndilərin hakimiyyəti dövründə Şirvanın müstəqilliyi uğrunda Qızıl Orda, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərlə müharibələr aparılmışdır. Şirvanda ipəkçilik, sənətkarlıq, ticarət inkişaf etmiş, Şamaxıda və Bakıda quruculuq işləri görülmüşdü. Qonşu ölkələrə, o cümlədən Böyük Moskva knyazlığı ilə ticarət əlaqələri və diplomatik münasibətlər yaranmışdı. Səfəvi hökmdarı I Təhmasibin dövründə Şirvanın Səfəvilər dövlətinə birləşdirilməsi Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoydu.
Nümayəndələri
| Rəsm/Pul | Adı | Hakimiyyət dövrü | Əvvəlki şahlarla əlaqəsi |
|---|---|---|---|
![]() | I İbrahim | 1382 - 15 sentyabr 1417 | Sultan Məhəmməd Dərbəndinin oğlu |
![]() | I Xəlilullah | 1417 - 1465 | I İbrahimin oğlu |
![]() | I Fərrux Yasar | 1465 - 1500 | I Xəlilullahın oğlu |
| Bəhram bəy | 1500 - 1501 | I Fərrux Yasarın oğlu | |
| Qazi bəy | 1501 | I Fərrux Yasarın oğlu | |
| Sultan Mahmud | 1501 - 1502 | Qazi bəyin oğlu | |
| II İbrahim | 1502 - 1524 | I Fərrux Yasarın oğlu | |
| II Xəlilullah | 1524 - 1535 | II İbrahimin oğlu | |
| II Fərrux Yasar | 1527 - 1535 | II İbrahimin oğlu | |
| Şahruh | 1535 - 1539 | II Fərrux Yasarın oğlu | |
| | |||
| Burhan Əli | 1548 - 1549 | II Xəlilullahın oğluyaxud Keyqubad ibn Əbubəkr ibn İshaq ibn İbrahimin oğlu | |
| Mehrab | 1550 | Əlaqəsi bilinmir | |
| Qurban Əli | 1550 | Əlaqəsi bilinmir | |
| Qasım Mirzə | 1554 | Əlaqəsi bilinmir | |
| Kavus Mirzə | 1577 - 1578 | Bürhan Əlinin bacısı oğlu | |
| Əbubəkr Mirzə | 1578 - 1583 | Bürhan Əlinin oğlu | |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dərbəndilər haqqında məlumat. Dərbəndilər nədir? Dərbəndilər nə deməkdir?

