Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəniz nəqliyyatının fəaliyyəti ilk öncə istismar edilən dəniz limanlarının inkişafından asılıdır. Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə ça

Dəniz nəqliyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Dəniz nəqliyyatı

Dəniz nəqliyyatı — Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır.

Mündəricat

Ümumi məlumat

Dəniz nəqliyyatının fəaliyyəti ilk öncə istismar edilən dəniz limanlarının inkişafından asılıdır. Dünyada fəaliyyətdə olan iri dəniz limanlarının sayı 3 minə çatır. Ən iri dəniz limanlarından ildə 50 mln. tondan çox yük daşınır. Yük dövriyyəsinə görə ildə 200 mln tondan çox mal ötürən limanların sayı 15-ə çatır. Dəniz nəqliyyatı beynəlxalq ticarətdə mühüm rol oynayır. Dəniz nəqliyyatının turistlərin daşınmasında (kruiz səyаhəti) əhəmiyyəti çoxdur. 

Dünyanın 10 ən iri dəniz limanları

Şəhər Ölkə Yük dövriyyəsi həcmi, mln. ton
1 Şanxay Çin 537,0
2 Sinqapur Sinqapur 448.5
3 Rotterdam Hollandiya 378,4
4 Ninbo Çin 309,7
5 Quançou Çin 302,8
6 Tyanzsin Çin 257,6
7 Syanqan (Hon Konq) Çin 238,2
8 Zindao Çin 224,2
9 Pusan Koreya 217.9
10 Naqoya Yaponiya 208,0

Dəniz nəqliyyatında konteynerlə daşınmaların artımı, dəniz limanlarında xidmətlərin mürəkkəbləşməsi, bu sahədə rəqabətin artmasına səbəb olmuşdur. Nəticədə inkişaf etmiş ölkələrin gəmiləri daha "ucuz” (xidmətə, ekoloji tələblərə, vergilərə və işçi qüvvəsinə verilən əmək haqqına görə) hesab olunan ölkələrin bayraqları altında üzür. Bu baxımdan bir çox ölkələrin gəmiləri Panama, Liberiya və Yunanıstan və s. dövlətlərin bayraqları altında üzməyə üstünlük verirlər.

Azərbaycanda dəniz nəqliyyatının yaradılması

Dünya okeanına birbaşa çıxış olmayan Azərbaycan üçün Xəzər dənizinin əhəmiyyəti çoxdur. Dəniz nəqliyyatı Xəzərin hövzəsində yerləşən ölkələrlə əlaqə yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Mərkəzi Asiyadan Türkiyə və q. Avropa ölkələrinə gedən ən qısa yollar Xəzərdən keçir. Bakı Xəzər hövzəsində ən böyük limandır. Ona görə yüklərin və sərnişinlərin əsas hissəsi buradan daşınır.

Bakı – Mahaçqala, Bakı – Həştərxan, Bakı – Ənzəli, Bakı – Aktou, Bakı – Manqıstan dəniz xətləri ilə neft, neft məhsulları, ərzaq, meşə materialları daşınır. Bakıdan gəmi ilə Qara dənizə çıxmaq üçün aşağıdakı su yollarında keçmək lazımdır: Bakı – Həştərxan, Volqa çayı, Volqa – Don kanalı, Don çayı, Azov dənizi və Kerç boğazı və Qaradəniz. Kür və Araz çaylarından daxili su nəqliyyatından istifadə etmək olar. Kür çayı 600 km məsafədə Yevlaxa qədər gəmiçiliyə yararlıdır. Lakin, bu imkanlardan istifadə edilmir.

Dəniz nəqliyyatı Xəzər hövzəsi ölkələri ilə əlaqə saxlanmasında və onlarda çıxarılan neftin Azərbaycandan keçməklə dünya bazarına çıxarılmasında böyük əhəmiyyət kəsb edir. Bakı təkcə respublikada yox, həm də Xəzər dənizində ən böyük limandır. Buna görə də bütün yüklər və sərnişinlər əsasən buradan daşınır. Bakı-Türkmənbaşı, Bakı-Bekdaş və Bakı-Aktau gəmi-bərələri yük və sərnişin daşıyır. Bakı-Türkmənbaşı gəmi-bərə xətti 1962-ci ildən işləyir.

Azərbaycanın Xəzərsahili ölkələrlə əlaqələr saxlamasında Bakı-Mahaçqala, Bakı-Həştərxan, Bakı-Ənzəli, Bakı-Aktau və Bakı-Atırаu dəniz yolu xətlərinin əhəmiyyəti böyükdür. Onlar vasitəsilə neft, neft məhsulları, ərzaq, taxta-şalban daşınır. 

Həmçinin bax

  • Su nəqliyyatı
  • Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
  • Dəniz Nəqliyyatı Donanması
  • Nəqliyyat
  • Nəqliyyat növləri
  • Kruiz turizmi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəniz nəqliyyatı haqqında məlumat. Dəniz nəqliyyatı nədir? Dəniz nəqliyyatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pamukkale

  • Fevral 27, 2026

    Quru buz

  • Fevral 27, 2026

    Cəlaloğlu

  • Fevral 27, 2026

    Poçt

  • Fevral 27, 2026

    Qarayazı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst