Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri

Dəmirçilər (Qubadlı)

  • Ana Səhifə
  • Vikipediya
  • Dəmirçilər (Qubadlı)

Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir.

Dəmirçilər
39°18′54″ şm. e. 46°36′09″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Dəmirçilər xəritədə
Dəmirçilər
Dəmirçilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır. Kəndi Dəmirçilər nəslinə mənsub ailələr salmışlar. Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da kəndlər var.

Mündəricat

Toponimikası

Dəmirçilər kəndi Bazarçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi dəmirçilər nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrdə qızılbaş tayfaları sırasında adları çəkilən dəmirçilər sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən biri olmuşdur.

Dəmirçilər məscidi

Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.

Coğrafiyası və iqlimi

Dəmirçilər kəndi rayon mərkəzindən 5 km. cənubda, Dondarlı sovetliyində, Bazarçayın sağ sahilində, dağətəyi ərazidə yerləşir.

Qalereya

  • Kəndin girişi
    Kəndin girişi
  • Dəmirçilər kəndində bir bulaq
    Dəmirçilər kəndində bir bulaq
  • Dəmirçilər türbəsinin arxadan görünüşü
    Dəmirçilər türbəsinin arxadan görünüşü
  • Dəmirçilər türbəsi
    Dəmirçilər türbəsi
  • Kəndin xarabalıqları
    Kəndin xarabalıqları
  • Dağıdılmış evlər
    Dağıdılmış evlər
  • Xaraba evlər
    Xaraba evlər

Həmçinin bax

  • Dəmirçilər türbələri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəmirçilər (Qubadlı) haqqında məlumat. Dəmirçilər (Qubadlı) nədir? Dəmirçilər (Qubadlı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmir (Ərdəbil)

  • Fevral 26, 2026

    Akademiya

  • Fevral 27, 2026

    Kirena

  • Fevral 27, 2026

    Çuntsin

  • Fevral 26, 2026

    Sion dağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst