Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Orokina Xatun, digər adıyla Doqquz Xatun (?- ö. 16 iyun 1265, Elxanilər dövləti) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xan

Doqquz Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Doqquz Xatun

Orokina Xatun, digər adıyla Doqquz Xatun (?- ö. 16 iyun 1265, Elxanilər dövləti) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi.

Doqquz xatun
Elxanilər dövlətinin xatunu
1256 – 1265
SonrakıMariya Paleologina
Şəxsi məlumatlar
Doğum tarixi 1210-cu illər
Vəfat tarixi 1265
Həyat yoldaşı Hülaku xan
Uşağı
  • Abaqa xan
Ailəsi Kereitlər[d]
Dini Nestorianlıq

Mündəricat

Həyatı

Süryani İncilində Hülakü və Doqquz Xatun

Doqquz Xatun Kereitlərin bir zamanlar xanı olmuş Toğrul xanın oğlu Uyku və ya Abaqunun qızı idi. O, babasının ölümündən sonra ilk öncə Çingiz xanın oğlu Toluy xana ərə verilmişdi. Beləki babası gələcəyin Çingiz xanına 1203-cü ildə məğlub olduqdan sonra Doqquz Xatun onun ən gənc oğlu Toluya ərə verilmişdi. Toluyun 1232-ci ildə vəfat etməsindən sonra o, levirat evliliyə uyğun olaraq vəfat etmiş ərinin oğlu Hülakü xana ərə verildi. Bu zaman Hülakü xan özünün Orta Şərqə doğru yürüşünə başlamaqda idi. Doqquz Xatunun əri Hülakünü hərbi yürüşlərdə müşayiət etdiyi bilinməkdədir. Bağdadın mühasirəsi zamanı Hülakü xan minlərlə insanə qətlə yetirilməsi barədə əmr versə də, Doqquz Xatunun müdaxiləsi ilə xristianlar qətllərdən azad edilmişdilər.

Doqquz Xatun Şərq Kilsəsinin Nestorian xristian inancında olan bir şəxs idi və o dövrün qaynaqlarında tez-tez xristian inancının böyük xeyriyyəçisi kimi qeyd edilməkdədir. Avropaya Məmlük dövlətinə qarşı ittifaq formalaşdırmaq üçün göndərilən monqol elçilikləri Doqquz Xatunun xristian inancında olmasından istifadə etməyə çalışırdılar. Belə elçiliklər Elxani imperatriçası olan Doqquz Xatun və onun bibisi Sörköktəni Bəgi kimi əsilzadələrin Prester Conun soyundan gəldiklərini bildirirdilər.

Hülakü xanın ölümündən sonra Doqquz Xatun özünün ögey övladı Abaqa xanın taxta iddiasını dəstəkləmiş, hətta ərinin ölümündən sonra da saraydakı nüfuzunu qoruyub saxlaya bilmişdir. Eyni zamanda o, I Denhanın Şərq Kilsəsi rəhbərliyinə keçməsini də təmin etmişdir. O, 16 iyun 1265-ci ildə ərinin ölümündən 4 ay sonra vəfat etmişdir. Stefanos Orbelian daha sonralar iddia etmişdi ki, guya Doqquz Xatun əslində Şəmsəddin Cüveyni tərəfindən zəhərlənərək öldürülmüşdür. Lakin bu barədə başqa qaynaqlarda heç bir şey deyilməməkdədir. Doqquz Xatunun heç bir övladı olmamışdır. Lakin o, Hülakünün cariyələrdən olan övladlarının yetişdirilməsində mühüm rol oynamışdı.

Qeydlər

  1. Prester Con əfsanəvi xristian patriarxı, presviteri və kralıdır. 12-17-ci əsrlərdə onun barədə Avropada əfsanəvi hekayələr dolaşmaqda idi. Onun Şərqdə bütpərəstlər və müsəlmanlar arasında itirilən bir xristian xalqa hakimlik etdiyi bildirilirdi.

Həmçinin bax

  • Buluğan Xatun

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Doqquz Xatun haqqında məlumat. Doqquz Xatun nədir? Doqquz Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zolaqlı balinalar

  • Fevral 27, 2026

    Qaraqınıq

  • Fevral 27, 2026

    Oyuncaq

  • Fevral 27, 2026

    Ramin Məmmədov

  • Fevral 27, 2026

    Ailə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst