Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Donatello Françeska Versaçe (it. Donatella Francesca Versace; 2 may 1955[…], Recco Kalabriya, Kalabriya) — İtaliya dizayneri və sahibkarı. 1997–ci ildə Canni Ve

Donatello Versaçe

  • Ana Səhifə
  • Vikipediya
  • Donatello Versaçe

Donatello Françeska Versaçe (it. Donatella Francesca Versace; 2 may 1955[…], Recco Kalabriya, Kalabriya) — İtaliya dizayneri və sahibkarı. 1997–ci ildə Canni Versaçenin öldürülməsindən sonra isə o, Versace şirkətinin vitse-prezident olunmuş və dizayn üzrə direktor təyin edilmişdir. Hazırda Donatello şirkətin daha böyük hissəsini və aktiv çalışan sahəsini idarə edir. Onun qızı Alleqra isə Versaçe brendinin yeganə vəliəhdidir, eyni zamanda kompaniyanın aktiv fəaliyyətində daima yaxından iştirak edir.

Donatello Versaçe
it. Donatella Versace
Doğum tarixi 2 may 1955(1955-05-02)[…] (70 yaş)
Doğum yeri
  • Recco Kalabriya, Recco Kalabriya əyaləti[d], Kalabriya, İtaliya
Uşağı 3 (Allegra Versace daxil olmaqla)
Təhsili
  • Florensiya Universiteti
Fəaliyyəti dizayner, biznes ledi, dəb dizayneri
versace.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Donatello Versaçe 2 may 1955-ci ildə İtaliyanın cənubunda Recco Kalabriyada anadan olub. Onun qardaşı Canni Versaçe məşhur dizayner və Versace moda evinin qurucusu idi. Donatella Florensiya Universitetində dil və moda dizaynı üzrə təhsil alıb. 1970-ci illərdə Canni Versaçenin moda biznesinə qoşulub və onun ən yaxın məsləhətçisi olub. Onun moda dünyasına girişi ailəsi sayəsində baş verdi, lakin zamanla öz üslubunu yarada bildi. Donatella qardaşı Canni ilə birlikdə brendin böyüməsinə və qlobal səviyyədə tanınmasına töhfə verdi.

O, şirkətin ilk illərində brendin aksessuar, çanta və parfüm xətlərinin inkişafına nəzarət edirdi. 1980-ci illərdə Versace moda evinin PR strategiyalarını formalaşdırdı və məşhurlar arasında brendin populyarlaşmasına yardım etdi.

15 iyul 1997-ci ildə Canni Versaçenin nin öldürülməsi moda dünyasında böyük sarsıntı yaratdı. Donatella birdən-birə brendin kreativ direktoru olaraq ona rəhbərlik etməyə məcbur qaldı.

Onun ən məşhur dizaynlarından biri 2000-ci ildə Cennifer Lopez üçün hazırladığı yaşıl Versace paltarı idi, bu libas "Google Images"in yaradılmasına səbəb oldu.

Donatella məşhurlar dünyasında ən çox əməkdaşlıq edən dizaynerlərdən biridir. Onun dizaynlarını geyinən məşhurlar arasında Madonna, Cennifer Lopez, Ledi Qaqa, Beyonse, Rihanna, Dua Lipa, Kim Kardaşyan və s. var.

2018-ci ildə Donatello Versaçe brendi 2.1 milyard dollara Mihael Kors Holdinqinə satdı. Bu addım Versacenin daha qlobal bir lüks brendə çevrilməsi üçün atıldı. Buna baxmayaraq, Donatella hələ də brendin kreativ direktoru olaraq qalır və dizayn proseslərinə rəhbərlik edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Donatello Versaçe haqqında məlumat. Donatello Versaçe nədir? Donatello Versaçe nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Equisetales

  • Fevral 25, 2026

    24 mart

  • Fevral 27, 2026

    Əliyar Səfərli

  • Fevral 27, 2026

    Muzalar

  • Fevral 24, 2026

    Los-Anceles

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst