Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur.
Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dolça sözünün mənası, dolça haqqında məlumat. dolça nədir? dolça nə deməkdir?