Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük.

Diz qapağı

  • Ana Səhifə
  • Vikipediya
  • Diz qapağı

Diz qapağı (patella kimi də tanınan) — bud sümüyü ilə birləşən və diz oynağının ön oynaq səthini əhatə edən və qoruyan düz, yuvarlaqlaşdırılmış üçbucaqlı sümük. Diz qapağı siçan, pişik, quş və it kimi bir çox dördayaqlılarda olur, lakin balinalarda və ya əksər sürünənlərdə olmur.

Diz qapağı
Sağ diz
Sağ diz
Başlanır Bud sümüyü və tibia birləşməsində mövcuddur
Bitişir
  • Bud sümüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Anatomiyası

İnsanlarda diz qapağı bədəndəki ən böyük sesamoid sümüyüdür (yəni, vətər və ya əzələdə yerləşmiş). Körpələr təxminən 4 yaşına qədər sümükləşməyə başlayan yumşaq qığırdaqdan ibarət diz papağı ilə doğulur.

Tərkibi

Diz qapağı üçbucaq formasında olan sesamoid sümükdür, uc hissəsi aşağı baxır. Başı diz qapağının ən aşağı hissəsidir. İti uclu formaya malikdir və diz qapağı vətərələrinə birləşir.

Ön və arxa səthlər nazik kənarla, mərkəzə isə daha qalın bir kənarla birləşdirilir. Budun dördbaşlı əzələsi sümüyünün vətərəsi diz qapağının əsasına, orta geniş əzələnin özünə, geniş və medial lateral əzələ isə müvafiq olaraq diz qapağının xarici yan və medial kənarlarına birləşir.

Diz qapağının ön hissəsinin yuxarı 3/1 hissəsi qaba, yastı və kobuddur, budun dördbaşlı əzələsi vətərinin bağlanmasına xidmət edir və çox vaxt ekzostozlara malikdir. Orta üçdə bir hissəsində çoxlu sümük borucuqları var. Aşağı hissəsi diz qapağının vətərəsinin mənbəyi kimi xidmət edən bir zirvə ilə bitir.

Arxa səth iki hissəyə bölünür.

Diz qapağının yuxarı 3/4 hissəsi bud sümüyü ilə birləşir və müxtəlif formalı şaquli çıxıntı ilə medial və yan tərəflərə bölünür.

Yetkinlərdə artikulyar səth təxminən 12 sm2 təşkil edir. Təxminən 30 yaşında mərkəzdə maksimum qalınlığı 6 mm çata bilən qığırdaqla örtülür. Diz qapağını oynaq qığırdaqları insan bədəninin ən qalınlarından biridir.

Əlavə şəkillər

  • İnsanın sol diz qapağının qabaqdan görünüşü
    İnsanın sol diz qapağının qabaqdan görünüşü
  • İnsanın sol diz qapağının arxadan görünüşü
    İnsanın sol diz qapağının arxadan görünüşü
  • Dizin yığılması və uzadılması
    Dizin yığılması və uzadılması

Növləri

Rentgendə diz qapağının anatomik quruluşu görünür - diz qapağının 2 hissəyə bölündüyü bipartat patella.

Çentiklər (yəni patella emarginata, "itkin hissə") proksimal kənarda lateral olaraq tez-tez olur. İkitərəfli patellalar, emarginasiya yerində ikinci qığırdaqlı təbəqənin sümükləşməsinin nəticəsidir.

Əvvəllər ikitərəfli diz qapaqları bir neçə ossifikasiya mərkəzinin birləşməməsi kimi izah edilirdi, lakin bu fikir rədd edildi. Bölünmüş diz qapaqları demək olar ki, yalnız kişilərdə olur. Üçtərəfli və hətta çoxtərəfli diz qapaqları da olur.

Diz qapağının yuxarı 3/4 hissəsi bud sümüyü ilə birləşir və müxtəlif formalı şaquli çıxıntı ilə orta və yan tərəflərə bölünür.

Artikulyar səthin dörd əsas növü var:

  • Çox vaxt orta artikulyar səth yanaldan daha kiçikdir.
  • Bəzən hər iki artikulyar səth ölçüdə demək olar ki, bərabər olur.
  • Bəzən orta səth hipoplastik
  • və ya yalnız mərkəzi çıxıntını göstərilir.

İnkişafı

3-6 yaşlarında diz qapağında sümükləşmə mərkəzi inkişaf edir. Diz qapağı tam formalaşdıqda birləşən 2 ossifikasiya mərkəzindən əmələ gəlir.

Funksiyası

Diz qapağının əsas funksional rolu dizi yığıb uzatmaqdır. Diz qapağı quadriseps vətərəsinin hərəkət etdiyi bucağı artıraraq bud sümüyünə tətbiq edə biləcəyi təsir gücünü artırır.

Diz qapağı dizi uzadıb açmaq üçün quadriseps əzələsinin vətərəsinə yapışdırılır. Diz qapağı budun vastus medialis əzələsinin üfüqi liflərinin və çıxıntılı yanal bud sümüyü kondilinin birləşməsi ilə sabitləşir ki, bu da əyilmə zamanı yanal sürüşmənin qarşısını alır. Diz qapağının retinakulyar lifləri məşq zamanı onu sabitləşdirir.

Klinik əhəmiyyəti

Çıxığı

Diz qapağının yerindən çıxması xüsusilə gənc idmançılar arasında əhəmiyyətli dərəcədə müntəzəm olaraq baş verir. Bu, diz qapağının yerindən ən çox yan tərəfə sürüşməsinə səbəb olur və həddindən artıq ağrı və şişlə müşayiət oluna bilər. Diz uzadıldıqda diz qapağı bəzən öz-özünə düzgün vəziyyətinə qayıdır.

Şaquli düzülməsi

Patella baja.

Patella alta — yuxarıda yerləşən (üstü düzlənmiş) diz qapağıdır. Zəifləmiş patella alta oynaqdan kənarda və yuxarıda inkişaf edən qeyri-adi kiçik diz qapağıdır.

Patella baja aşağıya uyğun diz qapağıdır. Uzun müddət davam edən patella baja uzatma/yığma disfunksiyası ilə nəticələnə bilər.

Insolla-Salvati nisbəti (A bölünür B)

Insolla-Salvati nisbəti yanal rentgenoqrafiyada diz qapağının aşağı hissəsini müəyyən etməyə kömək edir və diz qapağı vətərinin uzunluğunun patella sümüyünün uzunluğuna bölünməsi kimi hesablanır. Salvati nisbətinin < 0,8 olması patella bajanı göstərir.

Sınığı

Diz qapağı xüsusilə açıq yerləşdiyi üçün zədələnməyə meyllidir. Diz qapağının sınıqları çox vaxt dizə birbaşa travma nəticəsində baş verir.

Bu sınıqlar adətən nahiyədə şiş və ağrıya, oynağa qanaxmaya (hemartroz) və diz qapağının yığılıb uzana bilməməsinə səbəb olur.

Ekzostozu

Ekzostoz — artıq kalsiumun əmələ gəlməsi nəticəsində sümük üzərində yeni sümük əmələ gəlməsidir. O, diz qapağı üzərində formalaşdıqda xroniki ağrının səbəbi ola bilər.

Heyvanlarda

Diz qapağı plasental məməlilərdə və quşlarda olur. Əksər kisəlilərdə yalnız kövrək, sümükləşməmiş bəzi növlərdə isə sümüklü diz qapaqları olur.

Müasir birdəliklilərdə, ördəkburunlarda və yexidnalarda da diz qapağı mövcuddur.

Daha primitiv dördayaqlılarda, o cümlədən müasir amfibiyalarda və əksər sürünənlərdə (bəzi lepidozavrlar istisna olmaqla) yuxarı ayağın əzələ vətərləri bilavasitə baldır sümüyünə yapışır və diz qapağı yoxdur. 2017-ci ildə məlum oldu ki, qurbağaların düşünülənin əksinə diz qapaqları var. Bu, diz qapağının 350 milyon il əvvəl dördayaqlıların ilk əmələ gəldiyi zaman yarandığı, lakin bəzi heyvanlarda sonra yox olması ehtimalını artırır.

Həmçinin bax

  • Osteoartroz
  • Skelet (insan)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diz qapağı haqqında məlumat. Diz qapağı nədir? Diz qapağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Misirli Avraam

  • Fevral 27, 2026

    Gəmirici

  • Fevral 27, 2026

    Məhəmmədhüseyn Şəhriyar

  • Fevral 28, 2026

    Şərəfxana

  • Fevral 26, 2026

    E.ə. 550

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst