Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dinar — Şəki-Herreti çariçası. Atası Tao-Klarceti[rus.] hakimi, eristavlar-eristavı III Adarnerse[ing.], babası Tao-Klarceti knyazı I Qurgen[fr.] idi. Şəki hökm

Dinar (çariça)

  • Ana Səhifə
  • Vikipediya
  • Dinar (çariça)

Dinar — Şəki-Herreti çariçası. Atası Tao-Klarceti[rus.] hakimi, eristavlar-eristavı III Adarnerse[ing.], babası Tao-Klarceti knyazı I Qurgen[fr.] idi. Şəki hökmdarı Atrnersehin arvadı, Şəki hökmdarı İşxan Əbu Əbdülmalikin anasıdır.

Dinar
gürc. წმინდა დინარა დედოფალი
Dinar ağ atın belində – Moskva kremlinin mərmər palatası, taxt-tac zalının şimal tərəfdəki divarında şəkil. Müasir gürcü ikonoqrafiyasında da analoji obraz təsvir olunur.
Dinar ağ atın belində – Moskva kremlinin mərmər palatası, taxt-tac zalının şimal tərəfdəki divarında şəkil. Müasir gürcü ikonoqrafiyasında da analoji obraz təsvir olunur.
Şəki çariçası
ən geci 1010-cu il – ən tezi 1114/1015-ci il
Şəxsi məlumatlar
Doğum tarixi X əsr
Vəfat tarixi X əsr
Atası III Adərnerse[ing.]
Həyat yoldaşı Atrnerseh
Uşağı İşxan Əbu Əbdülmalik
Ailəsi Baqrationi
Dini xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

“Kartli salnaməsi”ə görə

Heretidə İşxanikin çarlığına qədər onun bütün sələfləri qeyri-prvoslav idilər. İşxannik isə eristavlar-eristavı Qurgenin[ing.] bacısının oğlu idi, onun anası çariça Dinar onu pravoslav etdi. Həmin vaxt Bərdə və Azərbaycan salarilər tərəfindən tutuldu.

“Kartli salnaməsi”ə görə Kaxeti xorepiskopu Davidin ölümündən sonra (1010) Gürcü çarı III Baqrat Heretini tutmuş və çariça Dinarı əsir götürmüşdür. Əsir götürüldüyü zaman onun 90-dan çox yaşı olmalı idi.

XI əsr gürcü tarixçisi Sumbat Davitisdze[ing.] yazır ki, III Baqratın ölümündən sonra (1014, yaxud 1015), oğlu

I Georginin[rus.] hakimiyyəti dövründə Herret-Kaxeti ölkəsi müstəqillik əldə etdi, aznaurların xəyanətinə görə eristavlar tutuldu və əvvəlki hakimlər öz ölkələrinə sahib oldular.

Burada adları çəkilməsə də çariça Dinarın və Kaxeti xorepiskopu III Kvirikenin (sonralar Böyük Kvirike adlandı) 4-5 ildən sonra müvafiq olaraq Şəkidə və Kaxetidə yenidən hakimiyyətə qayıtmalarına işarə olunur. “Kartli salnaməsi”ə görə III Baqrat çariça Dinarı əsir götürdükdən 1 il sonra Kaxeti xorepiskopu III Kvirikeni də əsir götürmüş və özü ilə sarayına aparmışdı. Lakin bundan sonra tarixi mənbələrdə yalnız III Kvirikenin həyat və fəaliyyəti barədə məlumatlar var, çariça Dinar haqqında isə heç bir məlumat yoxdur.

Müqəddəs elan olunması

“Kartli salnaməsi”ndə oğlu İşxaniki pravoslav etməsi barədə yazılanlar, onun bütün Şəki-Heretini pravoslav etməsi kimi başa düşülür və Gürcü pravoslav kilsəsi onun adını müqəddəslər siyahısına daxil etmişdir; dindar gürcülər üçün iyunun 30-u müqəddəs çariça Dinarın anım günüdür.

Rusiyada Dinara

Dinara XV – XVI əsrin əvvəllərinə aid Moskva povestlərindən birinin – “İberiya çariçası Dinara haqqında povest”in (rus. Повесть об Иверской царице Динаре) baş qəhrəmanı hesab edilir. Povest öz dövründə çox məşhur olmuş, IV İvan Qroznı 1552-ci ildə Kazanı tutan vaxt oxunmuşdur.

Qəbri barədə iddialar

Çariça Dinara aid olması ehtimal edilən qəbir.

Müasir erməni tədqiqatçılarından tarix elmləri doktoru Qriqor Qriqoryan hesab edir ki, Qafan şəhəri yaxınlığında yerləşən Vahanvəng monastırı ərazisində aşkar olunmuş və üzərində erməni əlifbası ilə “Dinar” yazılmış qəbir, məhz, Atrnersehin arvadı Dinarın qəbridir. Qriqor Qriqoryan Vahavəng monastırı ərazisində arxeoloji qazıntılara rəhbərlik etmişdir.

Həmçinin bax

Şəki dövləti

Linklər

  • Динар// Православная энциклопедия
  • Повесть о царице Динаре.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dinar (çariça) sözünün mənası, dinar (çariça) haqqında məlumat. dinar (çariça) nədir? dinar (çariça) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Silvan (Diyarbəkir)

  • Mart 06, 2026

    Enerji böhranı

  • Fevral 27, 2026

    E.ə. 490

  • Mart 06, 2026

    Menorah

  • Fevral 27, 2026

    Edmund Rendolf

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst