Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Deutsche Bank — Almaniyanın ən iri bankı. Dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avrop

Deutsche Bank

  • Ana Səhifə
  • Vikipediya
  • Deutsche Bank

Deutsche Bank — Almaniyanın ən iri bankı. Dünyanın yetmiş iki ölkəsində maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olur, depozitlərin həcminə görə bank Avropada aparıcı mövqelərdə qərarlaşıb.

Deutsche Bank
Deutsche Bank
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye Maliyyə xidmətləri
Təsis tarixi 10 mart 1870
Baş qərargahın yeri
  • Frankfurt-Mayn
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 64.486.000.000 € (2023)
Ümumi aktivlər
  • 1.312.331.000.000 € (2023)
Ümumi gəliri
  • 30.100.000.000 € (2024)
Xalis mənfəəti
  • 4.772.000.000 € (2023)
Əməliyyat mənfəəti
  • 3.390.000.000 € (2021)
Struktur
İşçi sayı
  • 90.130 nəf. (2023)
db.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Deutsche Bank

Mündəricat

Tarixi

Deutsche Bank-ın tarixi 22 yanvar 1870-ci ildə nizamnamənin qəbul edilməsi ilə başlamışdı. Bank mövcudluğunun ilk onilliyində sürətlə inkişaf edərək dünyanın ən mühüm bir neçə iqtisadi layihəsini idarə edirdi. O, Almaniyada metallurgiya, kimya və elektrotexniki sənayenin inkişafında əsas rollardan birini oynadı. 1929-cu ildə bank digər yerli alman bankları ilə birləşir və Almaniyanın bank işi tarixində ən böyük birləşmə olan Deutsche Bank und DiscontoGesellschaft əmələ gəlir. 1937-ci ildə bankın adı yenidən Deutsche Bank olur. İkinci dünya müharibəsi zamanı bank yəhudilərin mülkiyyətinin müsadirəsində iştirak etmişdir ki, sonradan buna görə külli miqdarda kompensasiya ödəməyə məcbur oldu. Müharibə bitdikdən sonra bankı on regional şöbəyə böldülər, lakin onlar 1952-ci ildə üç bank – Rheinisch-Westfälische Bank AG, Süddeutsche Bank AG və Norddeutsche Bank AG adı altında birləşdilər. Öz növbəsində 1957-ci ildə bu üç bank birləşərək Deutsche Bank AG bankı formalaşdırırlar. Deutsche Bank dünyanın yetmiş iki ölkəsində fəaliyyət göstərir və onun fəaliyyəti korporativ və fərdi müştərilər üçün maliyyə məhsul və xidmətlərinin göstərilməsindən ibarətdir. Bankın dünyanın bütün iri maliyyə mərkəzlərində – Avropa, Şimali və Cənubi Amerika, Asiya-Sakit okeanı regionları, eləcə də yeni yaranmış bazarlarda şöbələri mövcuddur.

Böhran

2019-cu il iyulun 7-də “Deutsche Bank” restrukturizasiya planını açıqladı və məlum oldu ki, Bank 18-20 min əməkdaşını işdən çıxaracaq, investisiya bankçılığı fəaliyyətini kiçildəcək və aktivlərinin böyük hissəsini satacaq. Bununla da, maliyyə qurumunun 30 illik sürətli inkişaf strategiyasına son verildiyi üzə çıxdı. Maliyyə bazarları “Deutsche Bank”ın fəaliyyətindəki ciddi qüsurları əvvəlcədən görmüşdü. 2008-ci ilin qlobal maliyyə böhranından ciddi zərbə alan Bankın sağlamlaşması mümkün olmamışdı. 2007-ci ildə qiyməti 150 ABŞ dolları ətrafında dəyişən Bankın səhmləri hazırda 7 dollar ətrafında ticarət olunur.

Haqqında

Bankın əməkdaşlarının sayı 100000 nəfərdən çoxdur. Bank Forbes Global 2000 Leading Companies reytinqində 52-ci yeri tutur. Deutsche Bank-ın baş direktoru İosef Akermenndir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Deutsche Bank haqqında məlumat. Deutsche Bank nədir? Deutsche Bank nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Rixard Zorge

  • Fevral 23, 2026

    ABŞ Senatı

  • Fevral 27, 2026

    Yerevan

  • Fevral 27, 2026

    Sardiniya dili

  • Fevral 24, 2026

    Elaeagnaceae

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst