Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dekabristlər — rus zadəgan inqilabçıları, XIX əsrin 20-ci illərində gizli cəmiyyətlərin üzvləri, 1825-ci ilin dekabrında mütləqiyyət və təhkimçilik quruluşuna q

Dekabristlər

  • Ana Səhifə
  • Vikipediya
  • Dekabristlər

Dekabristlər — rus zadəgan inqilabçıları, XIX əsrin 20-ci illərində gizli cəmiyyətlərin üzvləri, 1825-ci ilin dekabrında mütləqiyyət və təhkimçilik quruluşuna qarşı hərbi çıxışın təşkilatçıları.

Dekabristlər üsyanı
Dekabristlər üsyanı
Dekabristlər üsyanı
Yer Sankt-Peterburq, Rusiya imperiyası
Tarix 26 dekabr 1825
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1825-ci ilin dekabrında Peterburqun Senat meydanında silahlı çıxış baş verir, bunun ardınca isə Ukraynada Çerniqov polkunda qiyam olur. Etiraz çıxışları gizli cəmiyyətlər tərəfindən hazırlanmışdı; bu hadisələrin baş verdiyi vaxta uyğun olaraq onun iştirakçıları dekabristlər adlanırdılar.

Üsyanın I Nikolay tərəfindən yatırılmasından sonra P. Pestel, K. Rıleyev, P. Koxovski, S. Murovyov-Apostol, M. Bestujev-Ryumin edam edilmiş, qalanları isə Sibirə və Qafqaza sürgün olunmuş, ictiamai-siyasi həyatdan uzaqlaşdırılmışdılar. Dekabristlərin inqilabiliyi rus feodal təhkimçi mühitinin, ədalətsizlik və zülmünün məhsulu idi və 1812-ci il Vətən müharibəsindən sonra rus milli şüurunun oyanması ilə bağlı olmuşdur. Dekabristlərin vəzifələri aşağıdakılardır: təhkimçiliyin ləğvi, mütləqiyyətin devrilməsi, yaxud məhdudlaşdırılması, respublika və konstitusiyalı quruluşun bərqərar olunması. Rusiyanın dəyişdirilməsinin ən məlum layihələri Nikita Muravyova (konstitusiyalı monarxiya) və Pestelə (respublika) məxsus idi. Daha radikal olan Pesteldə utopik sosializm ünsürləri, məsələn, torpağın bərabər bölgüsü ideyası var idi. Pestelin konistitusiyalı silklərin ləğvini və bir mülki silkin yaranmasını, qanunverici və icraedici hakimiyyət orqanlarının seçkililiyini, bütün torpaqların ictimai və şəxsi torpaqlara bölünməsini, şəxsiyyət və mülkiyyət hüquqlarına təminat verilməsini, "sərvətlərin" aristokratlaşmasına yol verilməsini, "xalq sənayesinin" inkişafını, hökumət və xalqın hüquq və vəzifələrinin uyğunluluğunu nəzərdə tuturdu. Dekabrizmin sosial ideallarının əsaslandırılmasına, həm materialist, həm də idealist və hətta dini fəlsəfi ideyalar xidmət edirdi. P. Borisov, İ. Yakuşkin, N. Kruyukov, N. Baryatinski, V. Rayevski və başqaları materialist olmuşdular. P. Pestel, N. Turgenev deizmə meyil etmiş, M. Lunin, V. Kyuxlbeker, Y. Obolenski və başqaları idealist, Bestujev-Ryumin, Murovyov-Apostol, V. Murovyov dini mövqelərdə durmuşdur. Dekabristlərin humanist cəhdləri fəlsəfənin mühüm sosial rolunun qeyd edilməsində ifadə olunmuşdur. Ən ardıcıl materialistlər ateizm mövqeyində durmuş, ruhun ölməzliyi ideyasını rədd etmiş, kilsəni mürtəce rolunu, monarxiya özülləri ilə əlaqəsini açmışdılar. Dekabristlər rus inqlabi fikrinə, Avropada gedən respublika hərəkatına təsir göstərmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dekabristlər haqqında məlumat. Dekabristlər nədir? Dekabristlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zirə (Xəzər)

  • Fevral 27, 2026

    Şərur döyüşü

  • Fevral 27, 2026

    Şimali Nikosiya

  • Fevral 27, 2026

    Don çayı

  • Fevral 27, 2026

    S

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst