Degenerativ xəstəlik toxuma və ya orqanlara təsir edən və zamanla daha da pisləşən degenerativ hüceyrə dəyişikliklərinə əsaslanan davamlı prosesin nəticəsidir.
| Degenerativ xəstəlik | |
|---|---|
| XBT-9-KM | 796.4 |
Neyrodegenerativ xəstəliklər zamanı mərkəzi sinir sisteminin hüceyrələri fəaliyyətini dayandırır və ya neyrodegenerasiya nəticəsində ölür (məsələn, altsheymer xəstəliyi). Degenerativ xəstəliklərin digər iki ümumi qrupu qan dövranı sisteminə təsir edənlər (məsələn, koronar arteriya xəstəliyi) və neoplastik xəstəliklərdir (məsələn, xərçəng xəstəliyi).
Bir çox degenerativ xəstəliklər mövcuddur və bəziləri yaşlanma ilə əlaqələndirilir. Bəzən bu cür xəstəliklərin əsas və ya qismən səbəbi genetikadır. Beləliklə, bəziləri Hantinqton xəstəliyi kimi açıq-aydın irsi xarakter daşıyır. Bəzi səbəblərə isə viruslar, zəhərlər və ya digər kimyəvi maddələr aiddir. Səbəbi məlum olmayan xəstəliklər də mövcuddur.
Bəzi degenerativ xəstəliklər müalicə edilə bilər. Mümkün olmayanlarda simptomları yüngülləşdirmək mümkün ola bilər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, degenerativ xəstəlik sözünün mənası, degenerativ xəstəlik haqqında məlumat. degenerativ xəstəlik nədir? degenerativ xəstəlik nə deməkdir?