Davud Ramazan oğlu Zöhrabov — Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000).
| Davud Zöhrabov | |
|---|---|
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Fəaliyyəti | Film direktoru |
| Mükafatları | Əməkdar Mədəniyyət İşçisi |
Həyatı
Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Mədəni Maarif ixtisasından sonra 1966-cı ildə Moskvada Kinematoqrafçılar İnstitutunun "kinoistehsalat təşkilatçılığı" kursunu bitirib. Kursu bitirəndən sonra orada "Möhkəm qoz" ("Krepkiy Oreşok") filmində direktor kimi təcrübə keçib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Davud Zöhrabov 11 sentyabr 2005-ci ildə vəfat edib.
Filmoqrafiya
- Bəxtəvər (film, 1990)
- Dəli Kür (film, 1969)
- Əlavə iz (film, 1981)
- Gözlə məni (film, 1980)
- Güzgü (film, 1990)(II)
- İstintaq (film, 1979)
- Qanlı zəmi (film, 1985)
- Ölsəm... bağışla (film, 1989)
- Park (film, 1983)
- Son tamaşa (film, 1989)
- Yeddi oğul istərəm... (film, 1970)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, davud zöhrabov sözünün mənası, davud zöhrabov haqqında məlumat. davud zöhrabov nədir? davud zöhrabov nə deməkdir?
