Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Davud Azad (6 oktyabr 1963, Urmiya) — iranlı müğənni və bəstəkar. Daha çox klassik avropa musiqisi ilə İran musiqisinin sintezini özündə cəmləyən "Ruminin divan

Davud Azad

  • Ana Səhifə
  • Vikipediya
  • Davud Azad

Davud Azad (6 oktyabr 1963, Urmiya) — iranlı müğənni və bəstəkar. Daha çox klassik avropa musiqisi ilə İran musiqisinin sintezini özündə cəmləyən "Ruminin divanı və Bax" albomu ilə tanınıb.

Davud Azad
Ümumi məlumatlar
Doğum tarixi 6 oktyabr 1963(1963-10-06) (62 yaş)
Doğum yeri
  • Urmiya, Urmiya şəhristanı, Qərbi Azərbaycan ostanı, İran
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, bəstəkar
Fəaliyyət illəri 1982 - günümüz
Janr Sufi musiqisi
Musiqi alətləri Tar, Sitar, Tanbur, Ud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Davud Azad 6 oktyabr 1963-cü ildə Urmiyada, azərbaycanlı ailədə anadan olub. 19 yaşında musiqi ilə məşğul olmağa başlayıb. 25 yaşında olanda ilk kasetləri işıq üzü görür. "Maktabe Tar Tabriz" adlanan bu lent yazısı o dövrdə bir çoxları üçün tarda ifa etmək üçün standarta çevrilir. Sufi musiqiləri ifa etməkdən və bəstəkarlıqdan başqa tar, sitar, tənbur, ud, dəf, və rübab kimi musiqi alətlərində də ifa edə bilir. Son 30 ildə keçirilinə bütün sufi yığıncaqlarında iştirak edib və Ruminin sözlərinə bəstələdiyi musiqiləri ifa edib. Bütün dünya üzrə Avropada, Şimali Amerikada, Latın Amerikasında, Avstraliyada, Hindistanda, Yaponiya və Butanda 300-dən çox festival və konsertlərdə iştirak edib. Davud Azad Oksford Universitetinə İran musiqisi və onun növləri haqqında mühazirə demək üçün çağırılmış ilk iranlı mühazirəçidir. Onun "Ruminin divanı və Bax" albomu iran musiqisi ilə klassik qərb musiqisinin ilk sintezi sayılır. Bu albomda ifa olunan musiqilər bir çox beynəlxalq festivallarda və radiolarda səsləndirilib. 

İştirak etdiyi beynəlxalq musiqi festivalları

  • Norveçdə keçirilən "Sülh" festivalı
  • Şotlandiyada keçirilən "Ruhani Musiqi Festivalı"
  • "Art in Action" festivalı
  • "Sacred Voices" festivalı
  • "No mind" festivalı
  • İstanbul 35-ci Beynəlxalq Musiqi Festivalı
  • Parisdə keçirilən "Mond Arabe" festivalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, davud azad sözünün mənası, davud azad haqqında məlumat. davud azad nədir? davud azad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Sankt-Peterburq metropoliteni

  • Fevral 27, 2026

    Google Books

  • Fevral 27, 2026

    Ev pişiyi

  • Fevral 27, 2026

    ERIH PLUS

  • Mart 06, 2026

    Səreyn şəhristanı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst