Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

David Kipiani (gürc. დავით ყიფიანი; 18 noyabr 1951 və ya 18 iyun 1951, Tbilisi – 17 sentyabr 2001, Tbilisi) — yarımmüdafiəçi mövqeyində oynayan keçmiş gürcü fut

David Kipiani

  • Ana Səhifə
  • Vikipediya
  • David Kipiani

David Kipiani (gürc. დავით ყიფიანი; 18 noyabr 1951 və ya 18 iyun 1951, Tbilisi – 17 sentyabr 2001, Tbilisi) — yarımmüdafiəçi mövqeyində oynayan keçmiş gürcü futbolçusu və futbol meneceri. Kipiani, əsasən, oyun qurucu kimi oynamışdır və Gürcüstanın ən məşhur futbolçularından biri hesab olunur. O, zərif oyun tərzi, ötürmə məsafəsi ilə tanınırdı.

David Kipiani
gürc. დავით ყიფიანი‏
Ümumi məlumatlar
Doğum tarixi 18 noyabr 1951(1951-11-18) və ya 18 iyun 1951(1951-06-18)
Doğum yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Vəfat tarixi 17 sentyabr 2001(2001-09-17) (49–50 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan
Dəfn yeri
  • Saburtalo panteonu[d]
Vətəndaşlığı
  •  SSRİ
  •  Gürcüstan
Təhsili
  • Gürcüstan Texniki Universiteti
Boyu 184 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
1968 Lokomotiv Tbilisi 1 (0)
1969 Dinamo 0 (0)
1970 Lokomotiv Tbilisi 28 (3)
1971–1982 Dinamo 245 (79)
Milli yığma
1974–1981 SSRİ 19 (7)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Oyun karyerası

Kipiani Gürcüstan SSR-in Tbilisi şəhərində anadan olub. Karyerasının ilk mərhələlərində 35№ məktəbdə oynamağa başladı. Kipiani 1967-ci ildə Tiflis Dinamo komandasında oynamağa dəvət almışdı. Zədəli olduğu üçün yalnız iki mövsüm bir oyunda iştirak edə bildi. Daha sonra Kipiani Tiflisdə yerləşən Lokomotiv komandada oynamağa getdi.

Lokomotiv ilə uğurlu mövsümdən sonra Kipiani Gavril Kaçalin tərəfindən yenidən Dinamo komandasına dəvət edildi. Eyni zamanda, "Lokomotiv" də oynayarkən, Kipiani gələcək meneceri Nodar Axalkatsi ilə çalışdı, güclü və uğurlu klublardan olan Dinamo Tbilisi'nin əsas simalarından biri oldu. Lakin 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində beynəlxalq səviyyədə tanındı. Müxtəlif nüfuzlu futbol turnirlərində nəzərəçarpacaq uğurlar əldə etdi.

1975–1982-ci illər arasında — Kipiani Manuçar Maçaidze, Aleksandre Çivadze, Vladimir Qutsaev və Ramaz Şengelia kimi oyunçuların yanında, Dinamo Tbilisi -nin tanınan liderlərindən biri idi. Gürcüstan komandasının "Liverpul", Inter Milan, "Napoli", "Vest Hem Yunayted", "Feyenord" və digər böyük futbol klublarına qarşı uğuru, əsasən, futbolçunun şəxsi və peşəkar istedadı ilə müəyyən edildi. Bu bənzərsiz oyun qabiliyyətləri və fərdi bacarıqlar, Kipiani -nin digərləri arasında fərqləndirirdi.

Beynəlxalq karyera

Kipiani 1974-cü ilin aprelindən 1981-ci ilin mayına qədər Sovet İttifaqında 19 dəfə oynadı və 7 qol vurdu. Beynəlxalq debütü menecer Konstantin Beskovun rəhbərliyi altında, 17 aprel 1974-cü ildə Zenitsa şəhərində yoldaşlıq matçında etdi. Kipiani ilk beynəlxalq qolunu Sovet Komandasının debütündən beş dəqiqə sonra vurdu və bu matçın yeganə qolu oldu və SSRİ Yuqoslaviyanı 1–0 məğlub etdi. O, son milli komanda oyununu 30 may 1981-ci ildə Uelsə qarşı 1982 Dünya Kuboku seçmə oyununda keçirdi.

Kipianiyə Dünya Kubokunun finalında oynamaq şansı verilmədi. Çoxları zirvəsinin 1982-ci ildə olduğunu düşünür, ancaq İspaniya Dünya Kubokunda iştirak edə bilmədi və 26 apreldə "Kuban Krasnodar"da (4-cü tur) ayağından aldığı ağır zədə səbəbindən oyunu yarımçıq tərk etdi.

İdarəçilik karyerası

Təqaüdə çıxdıqdan sonra "Dinamo Tbilisi", "Torpedo Kutaisi", "Şinnik Yaroslavl" (Rusiya), "Resinq Meçelen" (Belçika), "Olimpiakos Nikosiya" (Kipr) və Gürcüstan milli Komandasını çalışdırdı.

Ölümü

17 sentyabr 2001-ci ildə Tserovani (Mtsxeta) yaxınlığında avtomobil qəzasında aldığı xəsarətlərdən Gürcüstanın Tbilisi şəhərində vəfat etdi. O, 49 yaşında idi. Gürcüstan Kuboku və Gürcaani şəhərindəki stadiona onun adı verildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, David Kipiani haqqında məlumat. David Kipiani nədir? David Kipiani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Somnolens

  • Fevral 25, 2026

    Qlaukonit

  • Fevral 27, 2026

    Yabanı albalı

  • Fevral 23, 2026

    Gürcü dili

  • Fevral 28, 2026

    Ueyn Runi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst