Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Damla (4 fevral 1988, Sumqayıt) – Azərbaycanlı müğənni. Əsasən pop və estrada janrlarında çıxış edir.

Damla (müğənni)

  • Ana Səhifə
  • Vikipediya
  • Damla (müğənni)

Damla (4 fevral 1988, Sumqayıt) – Azərbaycanlı müğənni. Əsasən pop və estrada janrlarında çıxış edir.

Damla
Ümumi məlumatlar
Doğum adı Məsumə Qərib qızı Məmmədova
Ləqəbi Damla
Doğum tarixi 4 fevral 1988(1988-02-04) (38 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa
Fəaliyyət illəri 2010-cu ildən
Janr pop musiqisi
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Mündəricat

Həyatı

Məsumə Məmmədova 4 fevral 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhər 36 nömrəli orta məktəbdə almışdır. Daha sonra o, 2005–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xanəndəlik və mahnı janrı fakültəsində təhsil almışdır .

Karyerası

Musiqi karyerasına 2010-cu illərin əvvəlində başlayıb. İlk mahnılarını internetdə paylaşaraq geniş kütlənin diqqətini çəkib.

Respublika üzrə çoxsaylı dövlət tədbirlərinin, marafon və konsert proqramlarının iştirakçısı olmuşdur. Prezident seçkilərinə həsr olunmuş seçkiöncəsi konsertlərdə, həmçinin Bakı və Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan tədbirlərdə səhnə almışdır.

Ən populyar ifaları arasında: “O mənəm”, “Can dostum”, “Vur ürəyimdən”, “Bu yaxınlarda”, “Fırtına”, “Sevmişdim”, “Gəlincik”, “Yara”, “Sevgi”, “Mən razı”, “Hazırlaşır”, “Üzərlik”, “Mənimsən”, “Vur komandir” və digər mahnılar yer alır.

Konsertlər

Damla müxtəlif böyük məkanlarda solo konsertlər vermişdir:

•Bakı — “Yaşıl Teatr”, Heydər Əliyev Mərkəzinin qarşısı

•Gəncə — Gəncə Dövlət Filarmoniyası

•Sumqayıt — “Kimyaçılar” Sarayı •Mingəçevir — Mingəçevir Dövlət Dram Teatrı.

Müxtəlif dövlət bayramlarında — Dirçəliş günü, Milli Qurtuluş günü, 28 May Respublika günü, Bayraq günü, Dövlət Müstəqilliyi günü — solo proqramlarla çıxış etmişdir.

Xüsusi konsert proqramları:

•Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert

•Zəfər bayramının 5 illiyi münasibətilə Gədəbəy və Neftçalada konsertlər

•Heydər Əliyev adına Ali Hərbi Məktəbdə solo çıxış.

Beynəlxalq çıxışlar

Damla həmçinin müxtəlif ölkələrdə solo konsert proqramları ilə çıxış etmişdir:

•Gürcüstan Dövlət Filarmoniyası

•Rusiya — Moskva da daxil olmaqla bir çox şəhərlər, “Crocus City Hall”

•Almaniya — Köln şəhəri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Damla (müğənni) haqqında məlumat. Damla (müğənni) nədir? Damla (müğənni) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Eldar Əzimzadə

  • Fevral 27, 2026

    Spin-off

  • Fevral 27, 2026

    Aqqlütinativ dillər

  • Mart 01, 2026

    Stromboli (vulkan)

  • Fevral 24, 2026

    Hans Geyger

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst