Dalğa Arena və ya sponsorluq razılaşmasına əsasən Liv Bona Dea Arena — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011-ci ildə FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həm də Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionu FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 Azərbaycanın bir tanıtım stadionlarındandır.
| Dalğa Arena stadionu | |
|---|---|
| |
![]() | |
| Tam adı | AFFA Futbol Mərkəzi |
| Yeri | Bakı, Azərbaycan |
| Təməli qoyulub | 2009 |
| Tikilib | 2011 |
| Açılış tarixi | 6 iyun 2011 |
| Sahibi | AFFA |
| Tamaşaçı tutumu | 6,700 |
| Ev sahibi komanda | Araz-Naxçıvan PFK |
| Meydançanın ölçüləri | 105x68 |
| Ot örtüyü | Təbii |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dalğa Arena haqqında məlumat. Dalğa Arena nədir? Dalğa Arena nə deməkdir?

