Dərəkənd — Azərbaycan Respublikasının Qobustan rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd.
| Dərəkənd | |
|---|---|
| 40°30′10″ şm. e. 48°56′24″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Dərəkənd | |
Toponimikası
Kənd dağətəyi ərazidədir. Keçmiş adı Mərəzəli Dərəkənd olmuşdur. Yaşayış məntəqəsi keçmiş Mərəzə (indiki Nəriman kəndi) kəndindən köçmüş ailələrin Zəngidərə çayının (Pirsaat çayının qolu) dərəsində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir.
Tarixi
Kəndin XIX əsrdə salınması haqqında məlumat var.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 426 nəfər əhali yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dərəkənd (Qobustan) haqqında məlumat. Dərəkənd (Qobustan) nədir? Dərəkənd (Qobustan) nə deməkdir?
