Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar.

Düymə (geyim)

  • Ana Səhifə
  • Vikipediya
  • Düymə (geyim)

Düymə — geyim aksesuarı.

1760-ci ilə aid düymələr (İngiltərə)

Mündəricat

Tarixi

İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar.

Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi.

XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi. Məşhur nəsildən olanlar paltarlarının düymələrinin üzərinə nəsillərinə məxsus möhürlərini həkk etdirirdilər.

Hazırlanması

Ümumiyyətlə, əvvəl düymələr müxtəlif materiallardan hazırlanırdı. Belə ki, fil sümüyündən, qiymətli daşlardan, tısbağa çanağından, qiymətli əlvan metallardan müxtəlif formalı düymələr hazırlanırdı.

XVI əsrdə Fransa kralının kaftanı (paltar) 13.000 ədəd qızıl düymələrlə bəzədilmişdir. Bu qızıl düymələrin üzərində tac təsvir olunmuşdur. Napoleon düymə gözəlliyinə çox diqqət yetirirdi. O , zabit və əsgərlərindən geyimlərindəki düymələrin təmiz və parlaq olmasını tələb edirdi.

Lap əvvəllər düymələr daha çox sümükdən, daşdan və keramikadan hazırlanırdı. Sonralar düymələri parçalardan düzəltməyə başladılar. Ən maraqlı düymələr, 200 il bundan əvvəl düzəldilən düymələrdir hansı ki, şüşədən hazırlanır və içərisinə portretlər, kəpənəklər, güllər və s. qoyulurdu. Bu cür düymələrin diametri bir neçə sm olurdu.

Düymələrin hazırlanmasında fransızlar daha çox nailiyyətlər əldə etmişlər. Fransızlar düymələri əsasən, farfordan hazırlayırdılar. XVIII əsrdə Boqemiyada şüşə - xrustal düymələr hazırlanırdı. XIX əsrin əvvəllərində isə Avropada Çin düymələri dəbə düşdü. Bu düymələr çay və dəniz balıqqulaqlarından hazırlanırdı.

1920-ci illərdə zərgərlər tərəfindən hazırlanan düymələr isə yalnız dəbdəbəli geyimlərdə istifadə olunurdu. Gündəlik geyimlərin düymələri, adətən, plastmasdan hazırlanırdı. Dekorativ, bəzək düymələri isə paltarın öz parçasından düzəlirdi.

Əvvəllər əksər hallarda düymələr ağacdan, dəridən, şüşədən və sümükdən hazırlanırdı. Hətta dəmirdən hazırlanan düymələr olurdu. Dəmirdən hazırlanan düymələr müxtəlif formada olurdu: badamvarı, armudvarı, palıd qozası şəklində və s.

Müasir dövrdə

Düymələr mövcud olduğu dövrdən müxtəlif materiallardan və müxtəlif texnologiyalar üzrə hazırlanmışdır. Onlar müxtəlif rənglərdə hazırlanır və parçanın rənginə uyğun seçilib paltarlara tikilirdi.

ABŞ-də düymə kolleksiya edənlərin klubu fəaliyyət göstərir. Bu klubun 5.000-dən çox üzvü vardır və orada çox nadir və əntiq düymələr nümayiş olunur. Belə bir klub İtaliyada da mövcuddur. Bu klub 1995-ci ildə yaradılıb və 20 üzvü var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, düymə (geyim) sözünün mənası, düymə (geyim) haqqında məlumat. düymə (geyim) nədir? düymə (geyim) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Afrika kəli

  • Fevral 27, 2026

    Karandaş

  • Mart 06, 2026

    Neboyşa Rodiç

  • Fevral 27, 2026

    Hidrogeologiya

  • Mart 06, 2026

    S:sv:Författare:Selma Lagerlöf

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst