Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığa

Cığatay xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Cığatay xanlığı

Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət.

Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi.

Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər.

Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir. Kebek xan köçəri həyatını buraxıb saraylar tikdirmişdir. Bu dövrdə iqtisadiyyat inkişaf etmiş və ilk Cığatay pulu kəsilmişdir. Din baxımından islamlaşma və dil baxımından türkləşmə başlanmışdır. Ancaq bu vəziyyət soylar arasındakı siyasi qarşıdurmanın başlanmasına səbəb olmuşdur.

Əslində, Cığatay xan dövründə islamın dini vərdişləri qadağan edilmişdir, lakin Quru Hülakidən sonrakı xanlar Orta Asiyanın əksəriyyətini təşkil edən müsəlmanlarla yaxşı davranmağa başlamışdır. Mübarək şah müsəlmanlığı qəbul etsə də ondan sonrakı xanlar Kebek xana qədər buddist olaraq qaldılar. Monqol xanların ciddi islamlaşması isə Tarmaşirinin islamı qəbul etməsindən sonra başlamışdır.

Tarmaşirindən sonra Cığatay xanlığı, Duva xanın oğullarının hərb mübarizə meydanı olmudur. 1340-cı ildən sonra Cığatay xanlığı iki hissəyə — aralarında sərhəd Pamir dağları olamaqla şərqi və qərbi Cığatay xanlığına parçalandı, lakin sonra şərqdə taxta çıxan Tuğluq Teymur (1359–1370) qərb bölgəsini də ələ keçirərək Cığatay ulusunu yenidən birləşdirdi. Cığatay xanlığı Altışahr (Yarkənd xanlığı), Monqolustan və Uyğurustan olmaqla üç bölgəyə bölündü.

Bu ərəfədə Cığatay xanlığına bağlı Səmərqənd əmrinin xidmətində olan Şərqi Çiğatay mənşəli Barlas boyundan olan Teymur, əvvəl Səmərqəndi, sonra isə Cığatay torpaqlarını ələ keçirdi.

Cığatay xanlığının süqutuna baxmayaraq, çığataylılar XVII əsrin sonlarına qədər varlıqlarını davam etdirdilər. Tuğluq Teymur 1363-cü ildə oğlu İlyas xocanı Cığatay xanlığından asılı olan Şərqi Cığatayın xanı etmişdir.

Mündəricat

Şərqi Cığatay xanları

  • Tuğluq Teymur xan, əvvəl Şərqi Cığatay xanlığı 1347–1359, daha sonra Cığatay xanlığı 1359–1362
  • İlyas xoca, 1363–1390; Tuğluq Teymurun oğlu.
  • Hıdır xoca, 1390–1399; Tuğluq Teymurun oğlu.
  • Şəmi Cahan, 1399–1408; Xıdır xocanın oğlu.
  • Məhəmməd xan, 1408–1416; Şəmi Cahanın qardaşı.
  • Nəqşi Cahan, 1416–1418; Şəmi Cahanın oğlu.
  • Sultan Üveys xan, 1418–1421 və təkrar 1425–1428; Şir Əli Xıdırın oğlu.
  • Şir Məhəmməd, 1421–1425; Şah Cahan Xıdırın bir oğlu.
  • Əsən Yesü Buga, 1428–1462; Üveys xanın oğlu.
  • Yunus xan, 1462–1481; Üveys Xanın oğlu.
  • Sultan Mahmud xan, 1486–1508; Yunus xanın oğlu.
  • Mənsur xan, 1502–1543; Yunus xanın nəvəsi.
  • Sultan Səid xan, 1514–1532; Mənsur xanın qardaşı
  • Abdürrəşid xan, 1544–1570: Səid xanın oğlu.

Həmçinin bax

  • Abdulla (Cığatay xanlığı)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cığatay xanlığı haqqında məlumat. Cığatay xanlığı nədir? Cığatay xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arjantöy

  • Fevral 27, 2026

    Capparis

  • Fevral 27, 2026

    Abelmoschus

  • Fevral 26, 2026

    Avtoritarizm

  • Fevral 27, 2026

    I Murad

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst