Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Respublika elə idarəetmə formasıdir ki, burada dövlət başçısı seçilir, dəyi

Cümhuriyyət

  • Ana Səhifə
  • Vikipediya
  • Cümhuriyyət

Respublika — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır. Respublika elə idarəetmə formasıdir ki, burada dövlət başçısı seçilir, dəyişdirilir, nümayəndəli orqan və ya bilavastə seçicilər adından məhdudlaşdırılan formada hakimiyyətə sahib olmaq hüququ əldə edir.

Respublikanın formaları

Respublikanın müasir dövrdə üç başlıca növü vardır: prezident, parlament və qarışıq tipli respublika.

  • Prezident respublikası ilk dəfə ABŞ-də təsis edilmişdir.
  • Parlament respublikasında ali icra hakimiyyəti dövlət başcısına deyil , parlament tərəfindən təşkil edilən hökumətə məxsusdur.
  • Qarışıq idarəetmə forması özündə prezidentli və parlamentli idarə formasının ünsürlərini birləşdirir. Burada ali icra hakimiyyəti prezidentlə parlament arasında bölüşdürülür. Bəzən onu yarımprezident idarə forması da adlandırırlar. 1958-ci il konstitusiyası ilə Fransada yaradılan V respublika buna aydın misal ola bilər.

Dövlətin təsnifatının digər meyarları da mövcuddur. Belə ki, dinə münasibətdə dövlət dünyəvi və dini ola bilər. Dini dövlətlər bir qayda olaraq ruhani şəxslər — din xadimləri tərəfindən idarə olunur. Hakim din idarəetmə ideologiyasının əsası kimi qəbul olunur. Belə dövlət strukturu islam ölkələrində, xüsusilə, İran İslam Respublikasında və Mavritaniya İslam Respublikasında böyük əhəmiyyət kəsb edir.

Həmçinin, XX əsrdə hal-hazırda mövcud olmayan Sovet respublikası rejimi də mövcud idi. Belə respublikalar adətən SSRİ daxilində olsalar da, SSRİ-dən kənar bəzi respublikalar var idi ki, onlar da Sovet respublikası idilər. Sovet respublikasında ən ali səlahiyyət Sovetə (indiki Milli Məclis, Şura) məxsus idi. SSRİ-yə daxil olan sovet respublikalarında dövlət başçısı ilk öncə "…… Sovet Sosialist Respublikasının Kommunist Partiyasının Sədri" (1917–1990), daha sonra "Prezident" (1990–1991) olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cümhuriyyət sözünün mənası, cümhuriyyət haqqında məlumat. cümhuriyyət nədir? cümhuriyyət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Naum Qrebnev

  • Fevral 27, 2026

    Operation Paperclip

  • Fevral 27, 2026

    Theobroma

  • Mart 05, 2026

    Abensberq

  • Fevral 27, 2026

    Oleq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst