Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cvari monastırı (gürc. ჯვრის მონასტერი) — Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks monastırı. Monastır Msxetadakı digər tarix

Cvari monastırı

  • Ana Səhifə
  • Vikipediya
  • Cvari monastırı

Cvari monastırı (gürc. ჯვრის მონასტერი) — Gürcüstanın şərqində, Msxeta şəhəri yaxınlığında VI əsrə aid Gürcü Ortodoks monastırı. Monastır Msxetadakı digər tarixi abidələrllə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Cvari monastırı
ჯვრის მონასტერი
Ölkə  Gürcüstan
Şəhər Msxeta
Yerləşir Mtsxeta
Aidiyyəti Gürcü Ortodoks Kilsəsi
Sifarişçi I Stefan
Tikilmə tarixi 586-605
Üslubu tetrakonx, Gürcü memarlığı
Vəziyyəti fəaliyyət göstərir
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyaiii, iv
Təyin edilib1994
İstinad nöm.708
DövlətGürcüstan
RegionAvropa
41°50′18″ şm. e. 44°43′59″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Cvari monastırı Kür və Araqvi çaylarının qovuşduğu yer yaxınlığında hündür qayalı dağın zirvəzində yerləşir və qədim dövrdə İberiya çarlığının paytaxtı olmuş Msxeta şəhərinə baxır.

Ənənəvi inanca görə IV əsrin əvvəllərində Kral III Miriana xristianlığı qəbul etdirmiş Müqəddəs Nino bu ərazidəki paqan məbədinin yerində böyük taxta xaç ucaltmışdır. Deyilənə görə xaç açıq möcüzələr göstərmiş, buna görə də bütün Qafqaz ərazisindən onun ziyarətinə gəlmişlər. 545-ci ildə taxta xaçın qalıqları üzərində "Kiçik Cvari kilsəsi" adlandırılan ilk kilsə inşa edilmişdir.

"Böyük Cvari Kilsəsi" adlandırılan hazırkı kilsə 590–605-ci illərdə I Stefan tərəfindən inşa etdirilmişdir. Bu məlumatın verildiyi və kilsənin fasadında yerləşdirilmiş Cvari kitabələrində kilsənin memarlarının da adı qeyd edilir: Stefanos Patrikiya, Demetri Hipatos və Adernese Hipatos. Professor Kiril Tumanov bu şəxslərin II Stefan, Demetre (I Stefannın qardaşı) və II Adernese (II Stefanın oğlu) ilə identikləşdirilməsinə razı deyil.

Zaman keçdikcə əhəmiyyəti daha da artan Cvari monastırı daha çox diqqət cəlb etmişdir. Son orta əsrlər dövründə monastır ətrafında qalıqları dövrümüzə çatmış qala divarları və darvazaları inşa edilir. SSRİ dövründə monastır milli abidə kimi qorunub saxlansa da, yaxınlıqda hərbi baza yerləşdiyinə görə ziyarət məhdudlaşdırılmışdır. Gürcüstanın müstəqillik əldə etməsindən sonra restavrasiya edilmiş kilsə binası dini ibadət üçün açılmışdır. 1994-cü ildə Cvari monastırı Msxetadakı digər tarixi abidələrlə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Əsrlər ərzində yağış və küləyin təsiri ilə abidədə erroziya əmələ gəlmişdir. Buna görə də 2004-cü ildə Cvari monastırı Dünya Abidələr Fondu tərəfindən 2004 Dünya Abidələrə Nəzarət siyahısına daxil edilmişdir.

Memarlıq xüsusiyyətləri

Cvari kilsəsi dörd absidalı və dörd nişli tetrakonx qübbəli kilsələrin ən erkən nümunələrindən biridir. Dörd absida arasında üçbucaqlı silindrik nişlər yerləşir. Onlar əsas hissəyə açılmaqla dördbucaqlı mərkəzi hissəyə keçir, daha sonra isə tromp vasitəsilə barabanla əlaqələndirilir. Bu "dörd absidalı dörd nişli" kilsə dizaynına Gürcüstan, Ermənistan və Qafqaz Albaniyasının memarlığında rast gəlinir və ən mükəmməl nümunəsi Vağarşapatdakı Müqəddəs Ripsime kilsəsi hesab edildiyindən tez-tez "Rimsime-tipli plan" adlandırılır. Cvari kilsəsi Gürcü memarlığının gələcək inkişafına böyük təsir göstərmiş və bir çox başqa kilsələr üçün model rolunu oynamışdır.

Kilsənin fasadını Ellin və Sasani təsirləri hiss edilən barelyeflər bəzəyir. Onların bəzilərinin yanında Gürcü Asomtavruli yazıları ilə yazılmış izahedici kitabələr var. Cənub fasadındakı giriş timpanı Xaçın mədh edilməsi mövzusunda relyeflərlə bəzədilmişdir. Eyni fasadda həm də Məsihin yüksəlməsi səhnəsi təsvir edilmişdir.

Kilsənin inşa tarixi ilə bağlı məlumatlar ətrafında mübahisə və müzakirələr, həm Gürcüstanda, həm də Ermənistanda milli səviyyəyə qaldırılmış, hər iki ölkə "dörd absidalı dörd nişli" kilsə formasının onun ərazisində kəşf edildiyini iddia etmişdir.

  • Monastırın ümumi görünüşü
    Monastırın ümumi görünüşü
  • Əsas giriş
    Əsas giriş
  • Əsas giriş üzərində Xaçın mədh edilməsi mövzulu timpan
    Əsas giriş üzərində Xaçın mədh edilməsi mövzulu timpan
  • Monastırın interyeri
    Monastırın interyeri
  • Fasadda kitabə ilə müşayiət olunan relyeflərdən biri
    Fasadda kitabə ilə müşayiət olunan relyeflərdən biri

Təhlükələr

Yağış suları və küləklərin təsiri ilə meydana gələn erroziya nəticəsində kilsənin inşasında istifadə olunmuş daş bloklarda çatlamalar və oyulmalar baş verir.

Ədəbiyyat

  • Abashidze, Irakli. Ed. Georgian Encyclopedia. Vol. IX. Tbilisi, Georgia: 1985.
  • ALTER, Alexandre. A la croisée des temps. Edilivre Publications: Paris, — (novel)- 2012. ISBN 978-2-332-46141-4
  • Amiranashvili, Shalva. History of Georgian Art. Khelovneba: Tbilisi, Georgia: 1961.
  • Grigol Khantsteli. Chronicles of Georgia.
  • Rosen, Roger. Georgia: A Sovereign Country of the Caucasus. Odyssey Publications: Hong Kong, 1999. ISBN 962-217-748-4

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cvari monastırı haqqında məlumat. Cvari monastırı nədir? Cvari monastırı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dastani-Əhməd Hərami

  • Fevral 27, 2026

    Kompulsiya

  • Mart 01, 2026

    Çənəaltı vəzi

  • Fevral 27, 2026

    Lida

  • Fevral 23, 2026

    30 avqust

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst