Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.
| Kolxida fındığı | ||||||
|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kolxida fındığı | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Təbii yayılması
Qafqazda yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir. Apreldə çiçəkləyir, sentyabrda meyvə verir. Küləklə tozlanır.
Ekologiyası
Şaxtaya davamlıdır, yarımkölgədə, qarışıq meşələrdə bitir.
Azərbaycanda yayılması
Zaqatalada meşənin yuxarı sərhədində rast gəlinir.
İstifadəsi
Yaşıllaşdırmada, meşəsalmada istifadəsi məqsədyönlüdür.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Corylus colchica haqqında məlumat. Corylus colchica nədir? Corylus colchica nə deməkdir?