Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Corco Morandi (20 iyul 1890[…], Boloniya – 18 iyun 1964[…], Boloniya) — əsasən natürmort əsərləri ilə tanınan italyan rəssam.

Corco Morandi

  • Ana Səhifə
  • Vikipediya
  • Corco Morandi

Corco Morandi (20 iyul 1890[…], Boloniya – 18 iyun 1964[…], Boloniya) — əsasən natürmort əsərləri ilə tanınan italyan rəssam.

Corco Morandi
Giorgio Morandi
Corco Morandi
Corco Morandi
Doğum tarixi 20 iyul 1890
Doğum yeri Bolonya, İtaliya İtaliya
Vəfat tarixi 18 iyun 1964 (73 yaşında)
Vəfat yeri Bolonya, İtaliya İtaliya
Vəfat səbəbi ağciyər xərçəngi
Milliyyəti italyan
Vətəndaşlığı İtaliya İtaliya
Fəaliyyəti rəssam, hərbi qulluqçu, işləmə ustası, universitet müəllimi[d], rəssam-qravürçü[d], qrafika ustası[d], heykəltaraş, memarlıq çertyojçusu[d], incəsənət xadimi
Təhsili Bolonya İncəsənət Akademiyası
Janrlar natürmort, peyzaj
Stillər futurizm
Təsirlənib Paul Sezan
Anri Russo
giorgiomorandi.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Corco Morandi 1890-cı ildə Bolonyada anadan olmuşdur. 1907-ci ildə İncəsənət Akademiyasına daxil olmuşdur. O burada XIV əsr təsvir incəsənəti ilə geniş şəkildə tanış olmuşdur. Rembrandt haqqında kitablar oxuyan Morandi qravür hazırlamağa başlamışdır. İlk illərdə əsasən kubizm və sezan cərəyanlarına yönəlmişdir. 1914-cü ildə futurist əsərlər yaratmağa başlamışdır. Həmin il Bolonyada bir məktəbdə incəsənət dərsi verməyə başlamış və burada 1929-cu ilə qədər işləmişdir. Hazırda Bolonyada onun əsərlərinin sərgiləndiyi muzey yerləşir.

1915-ci ildə Birinci Dünya müharibəsinə qatılmaq üçün orduya yazılmış, amma səhhətindəki problemlərə görə əsgərlikdən ayrılmışdır. Müharibə zamanı Anri Russo və Paul Sezanın təsiri ilə Morandinin əsərlərindəki əşyaların sayı azalmış və sadələşmişdir.

1918–1922-ci illərdə Corco de Kriko tərəfindən qurulan Pittura Metafisica cərəyanına yönəlmişdir. Bu zaman pis seçilən rəng tonu ilə işləməyə başlamışdır. Morandi 1926–1929-cu illərdə Novesento İtaliano sərgilərinə qatılmışdır. Bu zaman faşist qrup olan Strepazenin tərkibində idi. Rəssam faşistlərin tərəfindən olsa da anti-faşist dostları çox olduğundan 1943-cü ildə həbs olunmaqdan qurtulmuşdur.

1930–1956-cı illərdə İncəsənət Akademiyasında qravür professoru kimi işləmişdir. 1948-ci ildə rəsm əsərinə görə Venesiyada mükafatlandırılmışdır. Parisi ilk dəfə 1956-cı ildə ziyarət etmişdir.

Anna, Dina ve Mariya Tereza adlı üç bacısı olan Morandi bütün həyatını onlarla keçirdi. 20 yaşından ölənədək Via Fordazza 36 ünvanında və Qrizzanda ailəsinə aid evdə yaşamışdır.

Corco Morandi 1964-cü ildə Bolonyada vəfat etmişdir.

Təsirləri

Morandi dövrünün ən təsirli İtaliya rəssamlarından biri olmuşdur. Karyerası boyunca əsasən naturmort və peyzajlara üstünlük vermiş, arada avtoportretə də müraciət etmişdir. Əsərlərində rəngin bir çox tonundan istifadə etmişdir. Əsərləri olduqca sadədir. Rəssamın 133 qravürü mövcuddur.

Federiko Fellini "Şirin həyat" (La Dolce Vita) adlı filmdə Morandinin rəsm əsərlərinə yer verərək ona olan hörmətini nümayiş etdirmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, corco morandi sözünün mənası, corco morandi haqqında məlumat. corco morandi nədir? corco morandi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ovik Abraamyan

  • Fevral 27, 2026

    Jozef Nqyut

  • Mart 06, 2026

    Nannoglottis

  • Fevral 27, 2026

    Şanagüllə

  • Mart 05, 2026

    Nara

Trend Mahnılar
  • Mart 07, 2026

    Tacir Rustemov & Gulka Elekberli - İncime 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 07, 2026

    Məni Qurtar Bu Zülmdən / Tut Əlimdən Tu Elimden (Qorxuram Sənsiz Ölüm Mən) En Yeni Mahni TikTok 2026

  • Mart 07, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst