Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Coldünya - sözünün mənası Cold (-ingiliscədən "soyuq") və Dünya sözlərinin ahəngindən yaranıb iki fərqli Qərb - ingilis və, Şərq - azərbaycan mədəniyyətlərinin

Coldünya

  • Ana Səhifə
  • Vikipediya
  • Coldünya

Coldünya qrupu — 1992-ci ildə Bakıda yaradılmış rok qrupu.

Coldünya
Əsas məlumatlar
Üslub alternativ rok

Mündəricat

Heyəti

  • Teymur Nadir - vokal, piano
  • Rövşən Kərimov - gitara, vokal
  • Samir Cəfaəli - drums, sintezanorlar, programming, vokal
  • Aydin Haciyev - bas gitara, dodaq garmonikasi

Ad

Coldünya - sözünün mənası Cold (-ingiliscədən "soyuq") və Dünya sözlərinin ahəngindən yaranıb iki fərqli Qərb - ingilis və, Şərq - azərbaycan mədəniyyətlərinin bir araya gətirilməsini bildirir. Bunun nəticəsini qrupun ifa etdiyi standart "hard rock" bünövrəsində Azərbaycan muğam ladları üzərindəki improvizasiyalarını dinlədikdə aydın ayırd etmək olar. Qrupu bu xüsusiyyətlərə görə hardasa "Folk-Rock" bölümünə aid etmək olar.

Fəaliyyəti

1996–cı ildə qrupun “Nota Bene” adlı ilk albomu işıq üzü gördü. Elə həmin vaxt “Sehrbaz” mahnısına qrupun ilk klipi çəkildi. (ANS TV). 1996–cı ilin oktyabr–noyabr aylarında “Sehrbaz” BBC radiosunda (London) ən yaxşı xarici hitlər onluğuna düşdü və iki həftə ərzidə 7 –ci yerdə durdu. 1997–ci ildə qrupun ikinci klipi “Aşiq və Aldadılmış” mahnısına çəkildi. (ANS TV). 1991 –ci il 21 sentyabr tarixində qrup Gürcüstanın paytaxtı Tiflisdə Mərkəzi parkda konsert verdi və konsertdə “Coldünya” 7000 nəfərlik auditoriya qarşısında çıxış etdi.

1999–cu ildə “Demo” albomu yazıldı və “Kaş ki, biləydin” mahnısına klip çəkildi.(Stаr rеklаm).

2001–ci ilin sonunda qrup “Məktub” adlandırmaq qərarına gəldiyi üçüncü albomunu yazmaq üçün studiyaya yığışdı və albom üzərində iş 9 ay davam etdi. 2002–ci ilin avqustunda “Məktub” albomu üzərində iş başa çatdı. 2002–ci ilin sonunda qrup rejissor Kamran Məmmədovun köməyi ilə dördüncü klipi üzərində işi başa çatdırdı. Klip “Aç balaca qanadlarını” mahnısı əsasında çəkildi.

2003–cü ilin dekabr ayında bu işin yekunu yeni musiqi istiqaməti – “rok –muğam”ın əsasını qoyan əfsanəvi “Oyanış” albomu oldu. 2004–cü ilin oktyabr ayında “ColDünya” Böyük Britaniya qrupu “Goldrush” və Bakının gənc qrupu “Aprel” ilə birlikdə H.Əliyev adına sarayda çıxış etdi.

2008 –ci il 7 fevraldan 27 fevrala qədər Bakıda “ColDünya” yeni “Əhatə Dairəsi Xaricində” albomu üzərində işlədi.

Diskoqrafiya

Tarix Albom
1996 Nota Bene
1999 Demo
2002 Məktub
2003 Oyanış (Alim Qasımovla birlikdə)
2009 Əhatə Dairəsi Xaricində

Videoqrafiya

Tarix Klip
1996 Sehrbaz
1997 Влюбленный и Обманутый
1999 Kaş Ki Biləydin
2002 Aç Balaca Qanadlarını
2008 Son Məktub

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Coldünya haqqında məlumat. Coldünya nədir? Coldünya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vegetarianlıq

  • Fevral 27, 2026

    Quruş

  • Fevral 27, 2026

    Purpur üskükotu

  • Fevral 27, 2026

    Sarı Aşıq

  • Fevral 27, 2026

    Horatsilərin andı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst