Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1

Cocuq Mərcanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Cocuq Mərcanlı

Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir.

Cocuq Mərcanlı
39°23′34″ şm. e. 47°17′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 200 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.428 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 14
Xəritəni göstər/gizlə
Cocuq Mərcanlı xəritədə
Cocuq Mərcanlı
Cocuq Mərcanlı
Cocuq Mərcanlı xəritədə
Cocuq Mərcanlı
Cocuq Mərcanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.

Tarixi

1993-cü ildə Ermənistan ordusu hücuma keçərək Cəbrayıl rayonunun bütün ərazisini ələ keçirib və kənd tamamilə dağıdılıb. 4 ay sonra Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutub. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilməyib 2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi Aprel döyüşləri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Coğrafiyası və iqlimi

Əhalisi

Qarabağ müharibəsindən əvvəl kənddə 1075 nəfər – 283 ailə yaşayıb.

Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinə ilkin mərhələdə 50 ailə, ikinci mərhələdə isə 70 ailə köçürülüb. Ümumilikdə, 2018-ci il üçün 1428 nəfərin köçürüldüyü kəndə daha 30 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulub.

Mədəniyyəti

Kənddə kitabxana, poçt və yerli administrasiya fəaliyyət göstərir.

Təhsil

Kənddə məktəb fəaliyyət göstərir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq, taxılçılıq və üzümçülük təşkil edib. Kənddə dəyirman fəaliyyət göstərib.

10 fevral 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədilə 4,3 milyon (dörd milyon üç yüz min) manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.

Din

Kənddə Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cocuq Mərcanlı haqqında məlumat. Cocuq Mərcanlı nədir? Cocuq Mərcanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinti-pop

  • Fevral 27, 2026

    Savoyyalı Bona

  • Fevral 28, 2026

    Taiheiyō kəməri

  • Fevral 27, 2026

    Usunlar

  • Fevral 25, 2026

    Bratislava

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst