Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kengir su anbarının (Qara Kengir çayında) sahilində yerləşir. Dəmiryol stansiyası. Avtomobil yolları qovşağı. Beynəlxalq aeroport.

Cezqazqan

  • Ana Səhifə
  • Vikipediya
  • Cezqazqan

Jezqazğan — Qazaxıstanın mərkəzi hissəsində, Qarağandı vilayətində şəhər.

şəhər
Jezqazğan
qaz. Жезқазған
Gerb
Gerb
47°47′ şm. e. 67°42′ ş. u.HGYO
Ölkə  Qazaxıstan
Tabesində Qarağandı vilayəti
Tarixi və coğrafiyası
Əsası qoyulub 1938
Sahəsi
  • 47 km²
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
  • UTC+06:00
Əhalisi
Əhalisi
  • 100.000 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 7102
Poçt indeksi 100600
Digər
jezkazgan.gov.kz
Xəritəni göstər/gizlə
Jezqazğan xəritədə
Jezqazğan
Jezqazğan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 84,6 min (2013) nəfərdir.

Coğrafiyası

Kengir su anbarının (Qara Kengir çayında) sahilində yerləşir. Dəmiryol stansiyası. Avtomobil yolları qovşağı. Beynəlxalq aeroport.

Tarixi

Jezqazğanın tarixi qədimdən mis filizləri yataqlarının işlənilməsi ilə bağlıdır. 1920–30-cu illərdə bu yataqların fəal istismarına başlanılmış, 1937-ci ildə Türküstan-Sibir dəmiryolunun xətti çəkilmişdir. 1938-ci ildə Yeni Jezqazğan (1941-ci ildən Böyük Jezqazğan) qəsəbəsinin əsası qoyulmuşdur. 1940–43-cü illərdə qəsəbə Jezqazğan islah-əmək düşərgəsinin (məhbusları Jezqazğan mis kombinatını tikirdilər), 1948–56-cı illərdə Çöl düşərgəsinin (1954-cü ilədək 4 nömrəli Xüsusi düşərgə; məhbusları kombinatda, sənaye və yaşayış obyektlərinin tikintisində çalışırdılar) mərkəzi idi. Cinayət maddələri üzrə məhkum olunanların Çöl düşərgəsinə köçürülməsi səbəbindən 1954-cü il mayın 17-dən iyunun 26-dək məhbusların Kengir üsyanı baş vermişdi (hərbi hissələrin dəstəyi ilə yatırılmışdı). 1954-cü ildən şəhər statusunu almışdır. 1973–97-ci illərdə Jezqazğan vilayətinin mərkəzi olmuşdur.

Memarlığı

Müqəddəs Andrey məbədi (1990-cı illər) var. Abidələri: “İlk quruculara” (1978), “Kosmosu fəth edənlərə”; “Kosmos” monumenti. O. Baykonurov adına Uiversitet (1956), Pedaqoji institut var. Kosmonavtika, tarix-arxeologiya muzeyləri, S. Kojamkulov adına Musiqili Dram Teatrı fəaliyyət göstərir.

Sənayesi

Böyük əlvan metallurgiya (zənginləşdirici fabriklər, mistökmə zavodu və s.) mərkəzidir. Tikinti materialları (dəmir-beton məmulatları, asfalt-beton zavodları), yüngül  (trikotaj fabriki) və yeyinti (ət kombinatı, süd zavodu) sənayesi müəssisələri fəaliyyət göstərir. Jezqazğanın yaxınlığında qədim metallurgiya və metal emalının öyrənilməsi üçün əhəmiyyətli olan bir sıra arxeoloji abidə yerləşir. Jezqazğan və onun ətrafında mis filizinin çıxarılması, ehtimal ki, e.ə. 3-cü minillikdə Uralyanı Quyu qəbirləri mədəniyyəti və Sayan-Altay Afanasyev mədəniyyəti daşıyıcılarına yaxın olan köçəri qruplarla bağlıdır. İlk mədənçilər daş lövhələrlə hasar lanmış qəbirlərdə, arxası üstə dəfn edil mişlər; baş və ayaq tərəflərinə mis mineralları qalağı və mis filizi parçaları, yan larına mədən qazıma işində istifadə olunan əmək alətləri (mədən külüngülər, kiçik linglər, kərkilər) qoyulmuşdu. Son Tunc dövründə bu ərazi Avrasiya çöl metallurgiya əyalətinin ən iri mədən-metallurgiya mərkəzlərindən biri idi. Mədən işçilərinin və metallurqların məskənləri (Andronovo mədəniyyəti, Köbəli keramika mədəniyyəti) və onların məzarlıqları bir-birindən 3–8 km məsafədə olmaqla Kengir və Jezda çayları boyu zəncirvarı yerləşir. İrimiqyaslı qədim mədən işlərinin, Tunc dövrünə aid metaləritmə prosesinin və əridilmiş metalın izləri açıq mədən yerləri və “karxanalar”, posa, suaşıran hovuz, bənd, kanal, su quyusu, misəridən kürələr və s. kimi tapıntılarla təmsil olunur. Orta əsrlərdə Milıquduk şəhər yerində iri əlvan metal emalı mərkəzi yerləşirdi, dulusçuluq, daşyonma, saxsı qablar, kaşı istehsalı və digər sənət sahələri inkişaf etmişdi. Jezqazğandan 45–60 km şiamlda, Qara Kengir çayı sahilində Alaş xan, Cuçi xan, Can seit, Kelintam, Bestam və b.-nın mavi günbəzli sərdabaları (12–13-cü əsrlər), Dombaul və Duzen Sandıbayulının (1833–66) türbələri yerləşir.

Həmçinin bax

  • Aktau
  • Aqtöbe
  • Almatı
  • Astana
  • Qızılorda

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cezqazqan sözünün mənası, cezqazqan haqqında məlumat. cezqazqan nədir? cezqazqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Muşket

  • Fevral 27, 2026

    Google Chrome

  • Fevral 25, 2026

    Tenerife FK

  • Mart 03, 2026

    Kita (Tokio)

  • Mart 02, 2026

    Palasso

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst