Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Covanni (Canni) Rivera (it. Giovanni (Gianni) Rivera; 18 avqust 1943, Alessandriya, Pyemont) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub

Canni Rivera

  • Ana Səhifə
  • Vikipediya
  • Canni Rivera

Covanni (Canni) Rivera (it. Giovanni (Gianni) Rivera; 18 avqust 1943, Alessandriya, Pyemont) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub. "Alessandria", "Milan" klublarında və İtaliya millisində oynayıb. 1969-cu ildə Avropanın ən yaxşı futbolçusu olaraq Qızıl Top qazanıb. 1973-cü il İtaliya çempionatının ən yaxşı bombardiri olub.

Canni Rivera
it. Gianni Rivera
Ümumi məlumatlar
Doğum tarixi 18 avqust 1943(1943-08-18) (82 yaş)
Doğum yeri
  • Alessandriya, Alessandriya əyaləti, Pyemont, İtaliya
Vətəndaşlığı
  •  İtaliya
Boyu 175 sm
Çəkisi 68 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası
1959–1960 Alessandriya 26 (6)
1960–1979 AC Milan 501 (160)
Milli yığma
1960–1962 İtaliya U-21 9 (6)
1962–1975 İtaliya 63 (15)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IFFIIS-ə görə dünyanın ən yaxşı oyunçuları arasında 20-ci, Avropanın ən yaxşı oyunçuları arasında 12-ci sıradadır. Eyni versiyaya görə, Rivera, İtaliyanın 20-ci əsrdə ən yaxşı futbolçusudur. Rivera FIFA 100-ün üzvüdür.

Futbolçu karyerasını başa vurduqdan sonra Rivera siyasətlə məşğul olub, Zeytun Ağacı Partiyasından Avropa Parlamentinin üzvü olub.

Mündəricat

Bioqrafiya

Covanni Rivera 18 avqust 1943-cü ildə Alessandriya şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib.

Karyera

Klub

Canni Rivera karyerasına "Alessandriya" klubunda başlayıb. Burada keçirdiyi iki mövsümdə 26 oyun keçirib və 6 qol vurub. Futbolçu daha sonra "Milan"a keçərək əsas uğurlarını burada qazanıb. "Milan" klubunda 19 mövsüm keçirib.

Milli Komanda

İtaliya millisində 60 oyunda 14 dəfə fərqlənib.

Karyera statistikası

Mövsum Klub Çempionat Kubok Beynəlxalq. Digər
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
1958/59 Alessandriya 1 0 ? ?
1959/60 Alessandriya 25 6 ? ?
1960/61 Milan 30 6 1 0 2 0
1961/62 Milan 27 10 1 0 2 0
1962/63 Milan 27 9 0 0 7 2
1963/64 Milan 27 7 1 0 2 1 2 0
1964/65 Milan 29 2 0 0
1965/66 Milan 31 7 1 0 4 1
1966/67 Milan 34 12 6 7 2 0 1 0
1967/68 Milan 29 11 5 3 10 1
1968/69 Milan 28 3 4 1 7 2
1969/70 Milan 25 8 3 1 3 2 2 1
1970/71 Milan 26 6 10 7
1971/72 Milan 23 3 6 2 8 4
1972/73 Milan 28 17 6 3 9 0
1973/74 Milan 26 6 5 1 8 0
1974/75 Milan 27 3 4 0
1975/76 Milan 14 1 5 1 3 0
1976/77 Milan 27 4 7 0 5 0
1977/78 Milan 30 6 5 1 1 0
1978/79 Milan 13 1 4 1 5 0
1958–1979 Cəmi 527 128 74 28 76 13 7 1

Şəxsi həyatı

Canni Rivera Loire Markoni ilə evlidir. Cantal adlı bir qızı və Cianni adlı bir oğlu var.

Uğurları

Komanda

"Milan"
  • İtaliya çempionu (3): 1962, 1968, 1979
  • Avropa Çempionlar kubokunun qalibi (2): 1963, 1969
  • İtaliya Kuboku qalibi (4): 1967, 1972, 1973, 1977
  • Kubok Kubokunun qalibi (2): 1968, 1973
  • Qitələrarası Kubokun qalibi (1): 1969
İtaliya Millisi
  • Avropa çempionu : 1968

Fərdi

  • Ballon d'Or mükafatçısı (Fransa Futbolu): 1969
  • İtaliya Kubokunun bombardiri (2): 1967 (7 qol), 1971 (7 qol)
  • İtaliya çempionatının bombardiri: 1973 (17 qol)
  • Guerin Sportivo İtaliyada İlin Futbolçusu (Xüsusi Mükafat): 1987
  • Milan Klubunun şöhrət zalının üzvu
  • FIFA 100
  • Qızıl ayaq: 2003 (Futbol Əfsanələri)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, canni rivera sözünün mənası, canni rivera haqqında məlumat. canni rivera nədir? canni rivera nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Melicope hawaiensis

  • Fevral 27, 2026

    Cucilər

  • Mart 01, 2026

    Məcazlar

  • Mart 01, 2026

    S:Əsr surəsi

  • Fevral 27, 2026

    Ağa Əminov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst