Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Canəli Xanəli oğlu Əkbərov (10 mart 1940, Tükəvilə, Lənkəran rayonu – 22 oktyabr 2021, Bakı) — Azərbaycan xanəndəsi, professor (2008), Azərbaycan Respublikasını

Canəli Əkbərov

  • Ana Səhifə
  • Vikipediya
  • Canəli Əkbərov

Canəli Xanəli oğlu Əkbərov (10 mart 1940, Tükəvilə, Lənkəran rayonu – 22 oktyabr 2021, Bakı) — Azərbaycan xanəndəsi, professor (2008), Azərbaycan Respublikasının xalq artisti (1992).

Canəli Əkbərov
Ümumi məlumatlar
Doğum tarixi 10 mart 1940
Doğum yeri
  • Tükəvilə, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 oktyabr 2021 (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1965-ci ildən
Janr muğam
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19921992 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1989 "Sənətkar" medalı — 2015
"Şərəf" ordeni — 20102010 "Şöhrət" ordeni — 20002000 1-ci dərəcəli "Əmək" ordeni — 20202020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əkbərov Canəli Xanəli oğlu 10 mart 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur. Muğam sənətini atasından öyrənmiş, Azərbaycan Dövlət Filarmoniyası yanında muğam məktəbində təhsil almışdır. O, 1963–1964-cü illərdə Seyid Şuşinskinin, 1969–1972-ci illərdə isə Xan Şuşinskinin tələbəsi olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir.

Canəli Əkbərov 1965-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – "Leyli və Məcnun"), Şah İsmayıl (M.Maqomayev – "Şah İsmayıl"), Aşıq qərib (Z.Hacıbəyov – "Aşıq Qərib") obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəsgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muğam sənəti" kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə vəfat etmişdir. Ustad sənətkar İkinci Fəxri Xiyaban'da dəfn edilib.

Təltif və mükafatları

  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 18 noyabr 1992[⇨]
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 may 1989[⇨]
  • "Şərəf" ordeni — 4 mart 2010
  • "Şöhrət" ordeni — 9 mart 2000
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • 1-ci dərəcəli "Əmək" ordeni — 9 mart 2020
  • "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2015

Filmoqrafiya

  • Havalansın Xanın səsi (film, 2001)
  • Mənsuriyyə sorağında (film, 2002)
  • Zəlimxan dastanı (film, 2007)
  • Biz qayıdacağıq (film, 2007)
  • Muğamat var olan yerdə… (film, 2009)
  • Sevda yolu. Canəli Əkbərov (film, 2010)
  • İki xan arasında bir can (sənədli film)

Ədəbiyyat

  • Abdullayeva, S. Xalq artisti Canəli Əkbərovun 75 yaşı qeyd olunub: [Müslüm Maqomayev adına Dövlət Flarmoniyasında] //525-ci qəzet.- 2015.- 10 aprel. — S.7.
  • Aydınoğlu, T. Yarım əsr milli musiqimizin xidmətində //Xalq qəzeti.- 2015.- 11 aprel.- S.7.
  • Hüseynov, F. Sənətin 75-ci zirvəsində: Xalq artisti Canəli Əkbərovun yubileyi qeyd olundu: [Azərbaycan Dövlət Filarmoniyasında] //Mədəniyyət.- 2015.- 10 aprel. — S.5.
  • Musaqızı, L. Uşaqlığı nağılvari keçən xanəndə //Kaspi.- 2015.- 17 aprel.- S.21.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Canəli Əkbərov haqqında məlumat. Canəli Əkbərov nədir? Canəli Əkbərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azəri dili

  • Fevral 27, 2026

    Taras Barovets

  • Fevral 27, 2026

    Dağıstan xalqları

  • Fevral 27, 2026

    Fırlanma dövrü

  • Fevral 24, 2026

    Alp

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst