Cənub yukkası (lat. Yucca faxoniana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
| Cənub yukkası | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Cənub yukkası | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Təbii yayılması
Təbii halda Meksikada bitir.
Botaniki xarakteristikası
Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır.
Ekologiyası
Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir. Abşeronun sərt şaxtalarına davam gətirir.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Bakı, Sumqayıt, Quba şəhərlərində park və bağlarda istifadə olunur.
İstifadəsi
Tək əkinlərdə, zərərvericilərə qarşı mubarizədə, kəndir istehsalında istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
- Samuela faxoniana Trel.
- Yucca australis Trel.
Heterotipik sinonimləri
- Yucca australis var. valida M.E.Jones
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cənub yukkası haqqında məlumat. Cənub yukkası nədir? Cənub yukkası nə deməkdir?
