Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası – 1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti

Cəfər Vəlibəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Cəfər Vəlibəyov

Cəfər Mehdi oğlu Vəlibəyov (1907, Əkərək, Eçmiədzin qəzası – 1981, Bakı) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi, Ermənistan SSR Əməkdar jurnalisti (1971).

Cəfər Vəlibəyov
Amasiya Rayon Partiya Komitəsinin birinci katibi
1930 – 1936
ƏvvəlkiSəfər Alməmmədov
SonrakıƏləsgər Vəliyev
Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi
1947 – 1949
Şəxsi məlumatlar
Doğum tarixi 1907(1907)
Doğum yeri
  • Əkərək, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1981(1981) (73–74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti qəzet redaktoru[d]

Təltifləri Ermənistan SSR əməkdar jurnalisti

Həyatı

Cəfər Mehdi oğlu Vəlibəyov 1907-ci ildə İrəvan quberniyası Eçmiədzin qəzasının Əkərək kəndində anadan olmuşdur.

Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər qəsdlə Vəlibəyovlar nəslinə məxsus var-dövləti və əmlakı müsadirə etmiş, ayrı-ayrı ziyalıların Azərbaycan, Rusiya, Türkiyə və İrana köçüb getməsinə səbəb olmuşdur. Belə bir şəraitdə valideynlərini erkən itirən C. Vəlibəyov əmək fəaliyyətinə 13 yaşından İrəvan pambıqtəmizləmə zavodunda fəhləlikdən başlamışdır. Bir müddətdən sonra isə zavodun fəhlə komitəsinin sədri seçilmişdir. 1929-cu ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində işləmiş və istehsalatdan ayrılmadan öz təhsilini davam etdirmişdir.

1932-ci ildə C. Vəlibəyov Basarkeçər Rayon Komsomol Komitəsinin katibi, rayonun "Qırmızı Basarkeçər" qəzetinin məsul katibi, 1936-cı ildə Ağbaba (Amasiya) rayon qəzetinin redaktoru, sonralar isə rayon partiya komitəsinin katibi seçilmişdir. О, 1938-ci ildən "Sovet Ermənistanı" qəzeti redaksiyasına işə göndərilmiş, qəzetin baş redaktoru təyin edilmişdir. 1947-ci ildə Qarabağlar Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş və iki il bu vəzifədə çalışdıqdan sonra 1949-cu ildə yenidən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin olunmuşdur. 1961-ci ilədək həmin vəzifədə çalışmışdır.

"Kiçik sovet ensiklopediyası"nda C. Vəlibəyovun sovet dövründə 21 ilə yaxın partiya orqanı olan respublika qəzetinə başçılıq etmiş yeganə şəxs olması yazılmışdır. Onun rəhbərlik etdiyi qəzetdə Ermənistanda yaşayan azərbaycanlılar, ümumiyyətlə respublikada baş verən hadisələr obyektiv şəkildə öz əksini tapırdı.

"Sovet Ermənistanı" qəzetində Cəfər Vəlibəyov haqqında nekroloq

C. Vəlibəyov bir neçə il ardıcıl olaraq İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunda Dövlət İmtahan (buraxılış) komissiyasının sədri olmuşdur. Onun məsləhəti ilə texnikumun bir sıra məzunları elmin zirvələrinə yüksəlmişlər.

Cəfər Vəlibəyov III–VI çağırış Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışmışdır. Dəfələrlə Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir. 1971-ci ildə "Ermənistanın Əməkdar jurnalisti" adına layiq görülmüş, bir sıra medallarla, eləcə də Ermənistan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur.

Cəfər Vəlibəyov 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cəfər vəlibəyov sözünün mənası, cəfər vəlibəyov haqqında məlumat. cəfər vəlibəyov nədir? cəfər vəlibəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Resurs

  • Fevral 27, 2026

    .gr

  • Fevral 27, 2026

    Malik Fərrux

  • Mart 01, 2026

    Narın çayı

  • Mart 01, 2026

    Hadisə Açıqgöz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst