Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəyazid məscidi (türk. Bayezid Camii) — Osmanlı klassik dövr memarlığının erkən dövr əsərləri arasında bir tikili.

Bəyazid məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Bəyazid məscidi

Bəyazid məscidi (türk. Bayezid Camii) — Osmanlı klassik dövr memarlığının erkən dövr əsərləri arasında bir tikili.

Bəyazid məscidi
Ölkə  Türkiyə
Şəhər İstanbul
Yerləşir Fatih
Memar Yaqub şah bin Sultan şah
Tikilmə tarixi 1501—1506
Üslubu Osmanlı memarlığı
Material qranit
Vəziyyəti stabil
41°00′36″ şm. e. 28°58′12″ ş. u.HGYO
Xəritə
Bəyazid məscidi (İstanbul)
Nöqtə
Bəyazid məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Məscidin içərisindən bir görüntü

İstanbulun Bəyazid Sultan II səmtində II Bəyazid tərəfindən tikilmişdir. Memarının kim olduğu dəqiq olaraq bilinmir. Memar Hayreddin, Memar Kəmaləddin ya Yaqubşah bin Sultanşah tərəfindan tikildiyinə dair məlumatlar var. İstanbulda orijinallığını qoruyan ən qədim səlatin məscid olaraq qəbul edilir. II Bəyazidin məzarı məscidin ərazisində yerləşir.

Mündəricat

Tarixi

Məscidin giriş lövhəsi

Bizans imperiyası dövründə Teodosius Forumu adlanan və şəhərin ən böyük meydanı olan bu ərazidə məscid Sultan II Bəyazid Vəli tərəfindən inşa etdirilmişdir. İstanbulun fəthindən sonra şəhərdə tikilən ikinci böyük səlatin məscidi olmuşdur. Şəhərdəki ilk səlatin məscidi olan Fateh məscidi orijinallığını itirdiyinə görə, İstanbulda orijinallığını qoruyub saxlamış ən qədim səlatin məscidi kimi qəbul edilir. Məscidin cümə qapısındakı Şeyx Həmdullah tərəfindən yazılmış kitabəyə əsasən, tikinti işləri 1501–1506-cı illər arasında beş il ərzində tamamlanmışdır. Övliya Çələbinin verdiyi məlumata görə, məscidin açılış günü ilk namazı şəxsən padşah özü qıldırmışdır.

Zədələnmələr və bərpa işləri

İstanbulda 1509-cu ildə baş vermiş və “Kiçik Qiyamət” adı ilə xatırlanan zəlzələdən zərər görmüşdür. Zəlzələdən sonra qismən bərpa edilən məscidin təmirini sonrakı illərdə tamamlayan və tikilini möhkəmləndirən şəxs Memar Sinan olmuşdur. Məlumdur ki, o, 1573-cü ildə məscidin içərisində bir tağ inşa edərək quruluşu daha da möhkəmləndirmişdi.

1683-cü ildə baş verən bir yanğın zamanı minarələrin külahları alışaraq zədələnmişdir. 1743-cü ildə isə minarələrdən birinə şimşək düşməsi nəticəsində onun külahı yanmışdır. 1754-cü ilin oktyabrına aid bir sənəddə Bəyazid Məscidinin təmiri üçün Qaramürsəldən ot daşı gətirilməsinin tələb edildiyi bildirilir.

2012-ci ilin avqust ayında genişmiqyaslı bərpa işlərinə başlanmışdır. İşlər 8 il davam etmişdir. Məscidin ümumi sahəsində əvvəlki təmirlər zamanı tətbiq olunmuş sement tərkibli qatlar sökülmüş, zamanla zədələnmiş materiallar təmizlənmiş və ya dəyişdirilmişdir. Təxminən 150 nəfərlik bir heyətin iştirak etdiyi və 49 milyon Türk lirəsi məbləğində başa gələn bərpa işləri 2020-ci ilin may ayında tamamlanmış, məscid yenidən tam tutumla fəaliyyətə başlamışdır.

Muzeyin memarlığı

Qübbədən bir görüntü

Dörd dayaq üzərində oturdulmuş, 1678 metr diametrində olan əsas günbəz şimal və cənub tərəflərdə iki yarım günbəz ilə dəstəklənir. Əsas günbəzdə iyirmi, yarım günbəzlərin hər birində isə yeddi pəncərə mövcuddur.

Məscidin 24 günbəzli revaklarla əhatələnmiş, kvadrat formalı son cemaat həyəti vardır. Həyətin döşəməsi mərmərlə örtülmüşdür və ortasında şadırvan yerləşir. Əslində üstü açıq olan şadırvan IV Murad dövründə, ətrafına ucaldılmış səkkiz sütun üzərində oturdulmuş günbəzlə örtülmüşdür. Həyətin döşəməsi və şadırvanın sütunları Bizans dövrünə aid materialların yenidən işlənməsi yolu ilə əldə edilmişdir. Həyət mərmərləri arasında geniş qırmızı porfir daşından lövhələr mövcuddur.

Şərq və qərb tərəflərində beş günbəzdən ibarət iki tabhanəsi (qanadı) olan məscid, tabhaneli (qanadlı) binaların son nümunəsi hesab edilir. Əvvəlcə tabhane kimi layihələndirilmiş bu bölmələr ilə məscid arasındakı divar sonradan götürülmüş, beləliklə tabhanelər namaz sahəsinə daxil edilmişdir.

Hər biri şərafəli iki daş minarəsi olan məscidin minarələri, məscidə deyil, məscidin iki yanındakı tabhanelərə bitişikdir, buna görə aralarında 79 m məsafə vardır. Rəngli daşlar və kufi yazılarla bəzədilmiş minarələrdən sağ tərəfdə olanı, özünəməxsus bəzəklərini böyük ölçüdə qoruyur, lakin digəri bir neçə dəfə təmir edilmiş, bəzəklərini itirərək daha sadə qalmışdır. Bu səbəbdən sağdakı minarə, “Selçukludan Osmanlıya keçidin İstanbuldakı yeganə nümunəsi” hesab edilir.

Harimin sağ küncündə hünkar mahfili yerləşir. 10 sütun üzərində dayanan mahfile, xaricdən bir pilləkən və qapı ilə daxil olunur. Məscidin mihrap tərəfində, sağda və pəncərə səviyyəsində, oğlu Yavuz Sultan Səlim tərəfindən inşa etdirilmiş Sultan Bəyazid türbəsi vardır. Yinə Yavuz Sultan Səlim tərəfindən inşa edilmiş sol tərəfdəki türbədə qızı Səlçuk Hatun də uyuyur, burada həmçinin Qoca Mustafa Rəşid Paşanın məzarı da mövcuddur.

Qalereya

Həmçinin bax

  • Bəyazid Mədrəsəsi
  • II Bəyazid Hamamı

Mövzu ilə bağlı nəşrlər

  • Öz, Tahsin (1997). İstanbul Camileri (3 bas.). İstanbul: Türk Tarih Kurumu.
  • Yerasimos, Stefanos (2000). İstanbul İmparatorluklar Başkenti. İstanbul: Tarih Vakfı Yurt Yayınları.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəyazid məscidi haqqında məlumat. Bəyazid məscidi nədir? Bəyazid məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Latın-Faliskan dilləri

  • Fevral 27, 2026

    Robert Kolleci

  • Fevral 27, 2026

    Pluto (okeanida)

  • Fevral 27, 2026

    Etnik qrup

  • Fevral 27, 2026

    Yapon sincabı

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst