Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəsrə (ərəb. البصرة‎) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər təşkil edir (2005). Bəsrənin İran körfəzinin 55 km-li

Bəsrə

  • Ana Səhifə
  • Vikipediya
  • Bəsrə

Bəsrə (ərəb. البصرة‎) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər təşkil edir (2005). Bəsrənin İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında dəniz limanı (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur), nəqliyyat qovşağı, və beynəlxalq hava limanı var.

Şəhər
Bəsrə
ərəb. البصرة‎
30°29′20″ şm. e. 47°48′36″ ş. u.HGYO
Ölkə  İraq
Tarixi və coğrafiyası
Əsası qoyulub 636/7
Sahəsi 181 km²
Mərkəzin hündürlüyü 5 m
Saat qurşağı UTC+03:00
Əhalisi
Əhalisi 2 750 000 nəfər (2012)
Rəqəmsal identifikatorlar
Telefon kodu (964) 40
Digər
basragov.net  (ərəb.)
Xəritəni göstər/gizlə
Bəsrə xəritədə
Bəsrə
Bəsrə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bəsrədə neft terminalı

Bəsrənin əsasını 637-638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı. 923-cü ildə qərmətilərin hücumuna məruz qaldı, 947-ci ildə Büveyhilər tərəfindən zəbt olundu. XI əsrin ortalarından Səlcuqi dövlətinin tərkibində idi. 1258-ci ildə monqollar şəhəri işğal edib viran etdilər. XIV–XVI əsrlərdə monqol və türk canişinləri tərəfindən idarə olunurdu. 1538-ci ildə Osmanlı imperiyasının Bağdad paşalığına daxil edildi; 1884-cü ildən eyniadlı vilayətin əsas şəhəri oldu.

1914-cü ilin noyabrında Bəsrə ingilis qoşunları tərəfindən işğal edildi. Birinci Dünya müharibəsindən sonra ingilis mandatı altında olan İraqın tərkibinə qatıldı. Bəsrə İran-İraq müharibəsi (1980–88), Küveyt böhranı (1990–91), müxalif qruplaşmalar ilə hökumət qoşunları arasındakı döyüşlər, ABŞ və müttəfiq qoşunların İraqa müdaxiləsi (2003) zamanı böyük dağıntılara məruz qalmışdır..

Memarlıq

Əli məscidi, Təlxə, əz-Zübəyr, İbn Sirin və əl-Həsən məqbərələri tarixi memarlıq abidələrindəndir. XVIII–XIX əsrlərdən Bəsrənin müasir hissəsində fəal tikinti işlərinə başlanmış (o cümlədən Aşar rayonu, XIX əsrin əvvəlləri), şəhər çoxsaylı kanallarla bölünmüşdür (buna görə Bəsrə "Şərqin Venesiyası" adlanır). XX əsrin əvvəllərində Bəsrədə M. Lok, L. Cons və başqa memarların planı əsasında abadlıq işləri aparılmışdır (müasir Margil portu). Universitet (1964 ildən), mərkəzi kitabxana (2004-cü ilin aprelində yanmışdır), Təbiyyat tarixi muzeyi (1971) var.

Təsərrüfatı

Bəsrə ABŞ və onun müttəfiqlərinin qoşunları daxil olanadək ölkənin iri ticarət və iqtisadi, neft hasilatı və emalı (Bəsrənin yaxınlığında 1000-dən çox neft quyusu var), kənd təsərrüfatı regionu (yun, dənli bitkilər, xurma) mərkəzi olmuşdur. Neft emalı zavodu, kimya müəssisələri (azot gübrələri istehsalı zavodu, polietilen, polivinilxlorid və səmt qazlarından alınan digər məhsullar, neft emalı istehsalı üzrə kompleks), toxuculuq (yun məmulatlar, kəndir, kanat istehsalı), yeyinti (xurma emalı və s.), ayaqqabı sənayesi, kağız kombinatı, tərsanə fəaliyyət göstərir. Sənətkarlıq inkişaf etmişdir.

Qardaş şəhərlər

  • İordaniya İordaniya, Aqaba
  • Azərbaycan Azərbaycan, Bakı
  • İraq İraq, Bağdad
  • Birləşmiş Ərəb Əmirlikləri BƏƏ, Dubay
  • ABŞ ABŞ, Hyuston
  • İran İran, Nişapur

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəsrə haqqında məlumat. Bəsrə nədir? Bəsrə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Osmanlı sülaləsi

  • Fevral 23, 2026

    13 avqust

  • Fevral 23, 2026

    Mikroorqanizmlər

  • Fevral 17, 2026

    Portuqal dili

  • Fevral 14, 2026

    Bosfor

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst