Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər

Bərk xəlitə

  • Ana Səhifə
  • Vikipediya
  • Bərk xəlitə

Bərk xəlitə - tərkibində volfram, titan, tantal karbidləri və kobalt qarışığından ibarət metal-keramik tərkibli alət materialıdır. Tərkibində olan bu karbidlər yüksək kəsicilik xassələrini təmin edirlər. Bu xassələr tezkəsən alət polada nisbətən qat-qat yüksəkdir. Bərk xəlitənin özlülüyü aşağıdır. Kobalt bərk xəlitədə özlülüyə və möhkəmliyə təsir edərək sementləşdirici rolunu oiynayır. Onun miqdarı artdıqca xəlitənin əyilməyə və zərbəyə qarşı möhkəmliyi də artır. Ümumilikdə bərk xəlitələr əyilmədə və kəsilmədə aşağı, sıxılmada isə yüksək möhkəmlik göstərirlər. Bu effektdən istifadə edərək kəsici alətlərin qabaq bucağı mənfi qiymətdə hazırlanır ki, kəsmədə sıxılma deformasiyası yaransın.

Bərk xəlitədən hazırlanmış yivaçma frezi

Bərk xəlitədən hazırlanmış alətlər 800÷900 °C temperaturda öz kəsicilik xassələrini saxlayırlar. Metal-keramik bərk xəlitələr tərkibindəki karbidlərin sayına görə: bir (BK), iki (TK) və ya üç karbidli (TTK) olurlar. Bərk xəlitənin tezkəsən alət poladına nisbətən yüksək sürətlərdə (2÷10 dəfə çox) tətbiq olunmasına qarşı, onun malik olduğu aşağı kövrəkliyi, zərbələrə az davamlı olması durur. Bu çatışmayan cəhətlər xəlitənin hazırlama texnologiyası ilə bağlı olub, bir başa onun daxili strukturundan asılıdır. Bərk xəlitənin strukturunu müəyyən edən dənəciklərin ölçüsü onun xassələrinə güclü təsir edir. Böyük dənəcik yüksək möhkəmlik, aşağı yeyilməyə davamlılıq yaradır. On görə də, tətbiq sahəsindən asılı olaraq iki qrup bərk xəlitə hazırlanır. Dənəciyin ölçüsü 3÷10 mm-3 olanlar B ilə, və ölçüsü 0,5÷1,5 mm-3 olanlar isə M ilə işarə olunurlar. İri və orta dənəcikli xəlitələr lövhə şəklində hazırlanaraq tətbiq olunurlar. Xırda dənəcikli xəlitələrdən isə bütöv alətlər hazırlanır. BK qrupuna aid olan bərk xəlitələr kövrək materialların emalında (çuqun, tunc, polad, plastik, şüşə, sümük, çini və s.), TK qrupuna aid olanlar isə onstruksiya poladlarının emalında tətbiq tapırlar.

Bərk xəlitələr sinterləmə yolu ilə hazırlanırlar. Proses zamanı 1600÷1900 K temperaturda karbidləri əhatə edərək, onların arasına tor əmələ gətirən Co-W-C legirindən ibarət maye məhlul alınır. Bu zaman bərk xəlitə öz son möhkəmliyini və sıxlığını alır.

İstinad

  • Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bərk xəlitə sözünün mənası, bərk xəlitə haqqında məlumat. bərk xəlitə nədir? bərk xəlitə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Rüfət Şabanov

  • Mart 05, 2026

    Leyla Yunus

  • Mart 06, 2026

    İstehlak (iqtisadiyyat)

  • Fevral 27, 2026

    II Mirian

  • Fevral 27, 2026

    Bröton dili

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst