Bədirlənmiş ay və ya Tam ay — Ayın Günəşə nisbətdə Yer kürəsinin əks tərəfində yerləşdiyi faza. Bədirlənmiş ay, Ay ilə Günəşin geosentrik zahiri (ekliptik) uzunluqları arasındakı fərq 180° olduqda baş verir. Bu halda Ay, Yerə görə Günəşin qarşı tərəfində yerləşir.

Sinodik aya əsasən Ayın eyni fazaları arasındakı müddət orta hesabla 29,53 gündür. Buna görə də yeni aydan başlayan ay təqviminə görə bədirlənmiş ay 14-cü və ya 15-ci gündə müşahidə olunur. Qəməri ay həmişə tam ədədlərlə ifadə olunduğundan 29 və ya 30 gün davam edir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bədirlənmiş ay sözünün mənası, bədirlənmiş ay haqqında məlumat. bədirlənmiş ay nədir? bədirlənmiş ay nə deməkdir?