Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdi

Bədii obraz

  • Ana Səhifə
  • Vikipediya
  • Bədii obraz

Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır.

Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s. olur. O, insanların mənəvi həyatına, hisslərinə, ağlına güclü təsir göstərir. Bədii obraz bir çox hallarda daha geniş anlayış və hadisələri ifadə edə bilər; məsələn, müasir povest və romanların janr təbiətindəki dəyişikliklər bədii obraza münasibətin dəyişməsi ilə bağlıdır. Bu baxımdan bədii modelləşdirmə bədii obrazın yeni, mükəmməl tipidir; məsələn, Kamal Tahirin "Dövlət ana", Qarsia Markesin "Tənhalığın yüz ili" romanlarında bədii obraz xalqın tarixinin bədii modeli səviyyəsində ifadə olunmuşdur.

Mövlud Süleymanlının "Köç" romanında xalqın taleyi bir tayfanın obrazı çərçivəsində düşünülmüş, İsa Hüseynovun "İdeal" və Yusif Səmədoğlunun "Qətl günü" əsərləri bir neçə xətli olmaqla, keçmişin və indinin, təbiətin və cəmiyyətin müxtəlif məkan və zaman əlaqəsində verilmişdir.

Ədəbiyyat

Алибекова Г. Грани художественности. Б. 1981.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bədii obraz sözünün mənası, bədii obraz haqqında məlumat. bədii obraz nədir? bədii obraz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pərayaqlılar

  • Fevral 27, 2026

    Florensiya hersoqluğu

  • Fevral 27, 2026

    Hip hop

  • Fevral 27, 2026

    Qurban Pirimov

  • Fevral 27, 2026

    Narse

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst