Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq

Böyük Səhnə

  • Ana Səhifə
  • Vikipediya
  • Böyük Səhnə

“Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir. Layihənin məqsədi yeni ulduzları kəşf etmək və onlara Avropada peşəkar təhsil almaq imkanı verməkdir. Şou 2013-cü ildə ATV kanalında yayımlanıb. 2014-cü ildə isə İctimai Televiziyada yayımlanır.

Böyük Səhnə
Böyük Səhnə
Şounun loqosupx
Janr musiqili istedadlar şousu
İstehsalçı Euromedia
Aparıcı Şəxriyar Əbilov və Günay Baxşəliyeva
İstehsalçı ölkə Azərbaycan
Dil Azərbaycan
İlk buraxılış 25 yanvar 2013
Veriliş
Kanal ATV
Premyerası 2013
Xronologiyası
Oxşar verilişlər Azeristar, Sing your song

Mündəricat

Layihə

Layihənin məqsədi – ölkənin ən istedadlı vokal ifaçılarını tapmaq və onlara unikal bir imkan - Avropanın və dünyanın ən yaxşı şou-biznes mütəxəssisləri ilə işləmək, bütün mərhələlərdən keçərək beynəlxalq ulduzlardan ibarət münsiflər heyəti qarşısında möhtəşəm şouda çıxış etmək imkanı verməkdir.

Layihə Avropanın ən yaxşı musiqi prodüserlərini, musiqiçiləri, bəstəkarları, ulduzları, vokal, xareoqrafiya və aktyor sənəti təlimçilərini cəlb etməklə beynəlxalq komanda tərəfindən həyata keçirilir.

“Böyük səhnə” – sadəcə istetad-şousu deyil, bu çox qısa vaxt ərzində yetişmiş ifaçıya çevrilmək imkanıdır - individual tərzə, peşəkar mahnıya, quruluşa və klipə sahib olacaq ifaçıya.

İştirakçıların seçimi

Azərbaycanın ən istedadlı vokalçılarını tapmaq məqsədi ilə dekabrın 24-dən başlayaraq "Böyük səhnə" şousunda iştirak üçün kastinqlərə qeydiyyat başlayıb. Kastinqlər Azərbaycanın dörd şəhərində - Lənkəran, Gəncə, Şəki və Bakıda keçirilib.

Kastinqdə iştirak üçün qeydiyyat boyuksehne.com 2021-11-28 at the Wayback Machine saytı vasitəsi ilə aparılırdı.

Kastinqdə iştirak qaydaları

  • Kastinqlərin keçirilmə tarixinə qədər 16 yaşına çatmış hər bir vokalçı və ya qrup kastinqdə iştirak edə bilər (qrup 6 nəfərdən çox olmamalıdır).
  • Kastinq zamanı vokalçı/qrup iki mahnı ifa etməyə hazır olmalıdır: biri azərbaycan dilində və biri ingilis dilində.
  • Vokalçı/qrup kastinqdə çıxışı üçün ifa edəcək mahnıların fonoqramlarını təqdim etməlidir, VOKALSIZ və BEK-VOKALSIZ (“minus”, üstündə heç bir növ yazılmış vokal ifası olmayan fonoqram). Həmçinin vokalçının öz istəyi ilə seçilmiş mahnıların akapello (fonoqramsız) ifası mümkündür.

Müəlliflər

Layihənin ideyası və reallaşdırılması, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Euromedia şirkətinə məxsusdur. Şou isə ATV (Azad Azərbaycan) telekanalında yayımlanacaq.

Euromedia Company televiziya və konsert layihələrinin texniki reallaşdırılması, və həmçinin Avropa və MDB ölkələrində artistlərin menecmentı üzrə 10 ildən artıqdır ki xidmətlər göstərir. Şirkətin portfoliosuna daxil olan layihələr: Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində debutu, iştirakı və qələbəsi (2008-2012), UEFA EURO 2012 ərəfəsində “Вболівай з найкращими” adlı ümumukrayna konsert turu, “EURO 2012 Final Party” gecəsinin texniki təminatı, "Məqsəd Tələbə" verilişinin reallaşdırılması.

Euromedia Company, “Краса по-українськи” (“1+1”), “Королева Балу 2012” (ТЕТ), “Що ти робив минулої п'ятниці?” (“1+1”), “Круг” (ICTV), şouların Final çəkilişlərinin texniki reallaşdırılmasını, və həmçinin “Qazaxıstan” telekanalında “100 ən yaxşı mahnı” adlı layihənin işləyib hazırlanması və müvəffəqiyətlə həyata keçirilməsini təmin edib.

Euromedia şirkətinin rəsmi saytı - euromediacompany.com 2013-07-24 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, böyük səhnə sözünün mənası, böyük səhnə haqqında məlumat. böyük səhnə nədir? böyük səhnə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Fyun

  • Mart 06, 2026

    Dilrubə Camalova

  • Mart 01, 2026

    İşbara xaqan

  • Mart 01, 2026

    Kofun dövrü

  • Fevral 27, 2026

    E.ə. 534

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst